“Sim-kartların satışı avtomatlaşdırıla bilməz”

09-06-2015 / 10:05

Azərbaycanda Sim-kartların satış terminalları (“Simomat”) vasitəsilə mobil abunəçi nömrələrinin satışı mümkün deyil.

Xəbərlər-in verdiyi məlumata görə, bu barədə“Bakcell” şirkətinin icraçı direktoru Riçard Şirer deyib.

O bildirib ki, bunun əsas səbəbi abunəçi nömrələrinin qeydiyyat prosesinin çətin olmasıdır. Qanunvericiliyə əsasən, qeydiyyat müqavilədə qeyd olunan bütün bəndlərin doldurulmasını, onların verilənlər bazasına əlavə edilməsini və istifadəçinin imzası ilə abunəçi müqaviləsinin təsdiqini tələb edir: “Bu qurğuların başqa ölkələrdə iş prinsipini öyrənmişik. Hesab edirik ki, Azərbaycanda Sim-kartların terminallar vasitəsilə satışı abunəçi müqaviləsinin doldurulmasına görə mümkün deyil”. (trend)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə