Previous Next
Bağla

İki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək

21-07-2015 11:38
İki SİM-kartlı smartfonların satışı yarım milyardı ötəcək

Dünyada iki SİM-kartlı smartfonların satış həcmi tezliklə yarım milyard ədədi ötəcək.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Strategy Analytics analitik şirkətinin proqnozunda deyilir.

Qeyd olunur ki, Çin və Hindistan belə modellərin ən böyük satış bazarıdır.

Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada təxminən 431 milyon ikisimli smartfon satılacaq, 2016-cı ildə satış həcminin 19 faiz artaraq 514 milyon ədədə çatacağı gözlənilir. Ekspertlər yarım milyard qurğu səviyyəsinin ilk dəfə keçiləcəyinə diqqət çəkirlər. Gələn il üçün proqnozlaşdırılan 1,6 milyard ədəd ümumi satış həcminin hər üçüncü smartfonunun SİM-kartlar üçün iki slotla təchiz ediləcəyi gözlənilir.

Samsung Galaxy S5 Duos kimi iki və daha çox SİM-kartı dəstəkləyən smartfonlara daha çox tələbat Hindistan və Çin bazarlarında müşahidə olunur. Bu ölkələrdə populyarlıq onunla izah edilir ki, ikisimli aparat sayəsində insanlar mobil rabitə və internet üçün sərfəli tarif planlarını seçə bilir, əhatə dairəsinin zəif olduğu yerlərdə rabitə əlaqəsinin yaxşı qəbul edilməsini təmin edir və rouminq xərclərini azalda bilirlər. Bundan başqa, belə modellə şəxsi və iş məqsədləri üçün ayrı-ayrı telefonlardan istifadəyə ehtiyac qalmır.

Çin və Hindistan bazarlarının genişmiqyaslı olmasını nəzərə alan Samsung, Lenovo və Micromax kimi aparıcı smartfon istehsalçıları diqqəti bu ölkələrə yönəldir və istehlakçılara "Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən iki SİM-kartlı qurğuların geniş çeşidini təklif edirlər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016

3 Sim kartlı mobil telefon

23-04-2009

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016

Mobil telefonların satış həcmi iki dəfə artacaq

22-12-2009

2010-cu ildə bazara 300 milyondan artıq smartfon çıxarılıb

11-02-2011

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015

Smartfonlar bazarının artımı zəifləyib

21-08-2015

2015-ci ildə 2 milyard mobil telefon satılacaq

15-10-2015

2016-cı ildə smartfonların dünyada tədarükü 2 milyarda çatacaq

02-06-2015

SİM kartların qlobal tədarük həcmi 5.4 milyarda çatacaq

22-12-2015

Kompüter elektronikasının tədarükü artacaq

08-07-2015

Nokia 2010-cu il üçün cüt sim kartlı modellər təqdim edəcək

30-12-2009

İnkişaf etməkdə olan bazarlarda smartfonların satışı artıb

29-05-2015

Smartfonların satış həcmi artıb

19-11-2015

Smartfonların satış həcmi 7 faiz artacaq

13-04-2016

SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

04-06-2015

Mobil qurğularda ənənəvi SİM-kartlar ləğv ediləcək

21-07-2015

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015

Azərbaycanda Sim-katların onlayn satış vaxtı açıqlanıb

24-04-2016

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb

13-11-2013

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015

Samsung bir ay ərzində 5 milyon Galaxy Note 3 satıb

31-10-2013

Planşetlərin tədarükü azalacaq

27-08-2015

2018-də 1,5 milyarddan çox smartfon satılacaq

23-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə