“Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçiriləcək

17-03-2021 / 16:34

Biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkəti olan “AzInTelecom” MMC “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfransı təşkil edir.

MMC-dən Xeberler.az-a bildirilib ki, tədbirin məqsədi dövlət və özəl qurumların fəaliyyətlərində yarana biləcək potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası məqsədilə biznesin davamlılığı prinsipləri ilə tanışlıq və dayanıqlılıq yanaşmasının təbliğidir. Tədbir aprelin 14-də ingilis dilində keçiriləcək.

İştirak üçün qeydiyyatdan keçmək kifayətdir: https://forms.gle/PfGcywtvkWEEcMtMA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə