“Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirilib

15-04-2021 / 15:05

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirilib.

Nazirlikdən Xeberler.az-a bildirilib ki, konfransın əsas məqsədi Azərbaycanda dövlət və özəl qurumların fəaliyyətlərində yarana biləcək potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası məqsədilə biznesin davamlılığı prinsipləri ilə tanışlıq və dayanıqlılıq yanaşmasının təbliğidir.

Tədbirdə “AzInTelecom” MMC, “Palo Alto Networks”, “Veeam Software”, Norveçin “DNV GL” şirkətlərinin nümayəndələri spiker qismində çıxış edərək bu sahədə öz bilik və faydalı məsləhətlərini iştirakçılarla bölüşüblər. Spikerlər biznesdə yarana biləcək qəfil xəta və gözlənilməz hallara hazır olmaq və çətin şəraitdə fəaliyyəti davam etdirmək üçün biznesin davamlılığı planının vacibliyini vurğulayıblar.

Konfransa Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Sinqapur, İsrail, İsveçrə, Hindistan, Almaniya, ABŞ, Norveç, Mavritaniya və digər ölkələrdən qeydiyyatdan keçmiş 41 nəfər iştirakçı qoşulub. Sonda spikerlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Qeyd edək ki, biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkəti olan “AzInTelecom” MMC il ərzində bu cür faydalı konfransların mütəmadi keçirilməsini planlaşdırır.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.