Kasperski laboratoriyası şirkətinin təsisçisi və rəhbəri Yevgeni Kasperski istifadəçiləri müasir televizorlara mümkün xaker hücumları barədə xəbərdarlıq edib.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Kompüterlər, mobil qurğular yoluxdurulur. Növbəti hədəf nə olacaq? Əminəm ki, bu dəfə tam yeni hücum növü “ağıllı” televizorlara olacaq”, - deyə o bildirib.
Yevgeni Kasperskinin sözlərinə görə, televizor və ya digər texnika İnternetə qoşulubsa, deməli, onların hücumlara məruz qalmasını ehtimal etmək olar. “İnternetə çıxışı olan, şəbəkəyə qoşulan bütün avadanlıqlar gec-tez haker hücumuna məruz qalacaq”, - şirkət rəhbəri qeyd edib.
Bununla yanaşı, virus hücumlarına şəbəkəyə qoşulan digər texnika, o cümlədən saatlar, qəhvəbişirənlər və tozsoranlar məruz qala bilər. Kasperski laboratoriyası hər gün 300 mindən çox yeni zərərli fayl aşkar edir. “2004-cü ildə aşkar olunan virusların sayı 500 min, 2014-cü ildə 260 milyon olub”, - Y.Kasperski deyib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri