Smartfon istifadəçilərini sevindirəcək yenilik

29-11-2017 / 12:21

Google-dan smartfon istifadəçilərini sevindirəcək yenilik

baxan insanları Bir çox smartfon sahibləri yaxınlıqda olan insanların onların smartfonunun ekranına ixtiyari və qeyri-ixtiyari baxdıqlarını dəfələrlə görüblər. Google şirkətinin mühəndisləri bu kimi halların qarşısını almaq və gizlilik problemini həll etmək üçün yad gözlərin izlənilməsi sistemini hazırlayıblar.

Xeberler.az xaici mediaya istinadən məlumat verir ki,  sistem smartfonun ön kamerasından istifadə edir və gözlərin hərəkətlərini tanıyır.

Əgər ekrana kənar şəxs baxarsa, sistem ön kameranın çəkdiyi təsviri ekrana çıxararaq qurğunun sahibinə xəbərdarlıq edir.

İstehsalçıların sözlərinə görə, “Electronic screen protector” yad baxışı müxtəlif işıqlandırma zamanı müvəffəqiyyətlə müəyyən edir və bunun üçün alqoritmə yalnız 2 millisaniyə lazım olur.

Bu, sistemin informasiyanın emalı üçün bulud serverlərindən istifadə etmədən birbaşa smartfonda işləməsi ilə izah olunur. Yeni sistemin yaxın gələcəkdə geniş tətbiq olunacağı güman edilir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə