“SMS ŞANS” kampaniyası davam edir

08-04-2009 / 20:20

“Azercell Telekom” MMC-nin martın 1-dən etibarən start verdiyi “SMS ŞANS” lotereya kampaniyasının beşinci tirajı keçirilib.

Şirkətdən xeberler.az-a verilən məlumata əsasən tiraj nəticəsində 300 “Azercell” abonenti 30 manat, 30 nəfər 300 manat, bir abonent - 050 3896562 saylı nömrənin istifadəçisi isə 3000 manatın sahibi olub.

“Azercell”-in “SMS ŞANS” lotereya kampaniyasının iştirakçısı olmaq üçün sadəcə dost-tanışlarınıza, yaxınlarınıza mesaj göndərməyiniz kifayətdir. Mesajların sayı çox olduqca, lotereyanın qalibi olmaq şansı da yüksəlir.

Qeyd edək ki, kampaniya cari ilin mayın ayının 22-nədək davam edəcək. Kampaniya çərçivəsində 10 tiraj keçiriləcək. Hər həftə təsadüfi seçim prinsipi əsasında bir abonent 3.000 (üç min) manat, 30 abonent 300 (üç yüz) manat, 300 abonent isə 30 (otuz) manat qazanacaq.
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə