Previous Next
Bağla

SOCAR və tərəfdaşları kibertəhlükəsizlik üzrə peşəkar kurslar təşkil edir

28-07-2021 17:37
SOCAR və tərəfdaşları kibertəhlükəsizlik üzrə peşəkar kurslar təşkil edir

Dövlət Neft Şirkəti (SOCAR) strateji hədəflərindən biri olan rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi və bu sahədə yerli kadr potensialının inkişaf etdirilməsi məqsədilə 2021-ci ilin iyulundan 2022-ci ilin fevralına kimi kibertəhlükəsizlik və data (verilənlər) təhlili üzrə peşəkar kurslar təşkil edir.

Xeberler.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, SOCAR Midstream Sosial Sərmayə təşəbbüsləri çərçivəsində təşkil olunan kurslarda əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi” haqqında 27 aprel 2021-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi, data təhlili və kibertəhlükəsizlik sahəsi ilə maraqlanan şəxslərin bilik və bacarıqlarının artırılması və potensialının aşkara çıxarılması, gənclər arasında bu sahələrə maraq və motivasiya yaradılması, onların karyera potensialının yüksəldilməsidir.

Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə əlaqədar dünya miqyasında internetdən istifadə tezliyi artmış, bu isə kiberhücumların intensivləşməsinə səbəb olub. Statistik məlumatlara görə, kiber təhlükə ilə daha çox dövlət qurumları, enerji şirkətləri, səhiyyə təsisatları, ali təhsil müəssisələri və kiçik biznes strukturları üzləşir. Bütün bu qlobal və yerli çağırışlar kibertəhlükəsizlik sisteminin və əlaqədar kadr potensialının gücləndirilməsinin iqtisadiyyatın rəqəmsal transformasiyası üçün əhəmiyyətini bir daha təsdiq edir.

Layihə çərçivəsində “Google” və IBM şirkətləri tərəfindən təklif olunan Sertifikat Proqramlarında iştirak etmək üçün müsabiqə yolu ilə ümumilikdə 150 nəfər (75 nəfər - GOOGLE DATA TƏHLİLİ Peşəkar Sertifikat Proqramı; 75 nəfər - IBM Kibertəhlükəsizlik Analitiki Peşəkar Sertifikat Proqramı üzrə) seçiləcək. İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. İlkin mərhələdə layihədə iştirak etmək istəyənlər CV və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin avqust ayının 15-dək müraciət etməlidirlər. Təlimlərdə iştirak etmək istəyənlər bu keçid üzərindən müraciət edə bilərlər. Bu mərhələdə seçilən namizədlər imtahana dəvət ediləcək və onların ingilis dili və layihə proqramlarına uyğun təməl biliklərinin yoxlanılacaqdır. İmtahandan uğurla keçən şəxslər layihədə iştirak hüququ qazanacaqdır.

Tədrisin effektivliyi və iştirakçılara fərdi yanaşmanın təmin olunması məqsədilə təlimlər hər biri 15 nəfərlik 5 qrupda aparılacaq. Sertifikatlara layiq görülmək üçün iştirakçılar müvafiq olaraq 224 və 191 saatlıq tədris proqramlarını müvəffəqiyyətlə başa çatdırmalı və test imtahanlarında tələb olunan minimum balı toplamalıdırlar.

Layihəni Azərbaycanda fərdi və korporativ təlimlərin təşkili və təhsildə mentorluq sahəsində aparıcı təşkilatlardan olan Beynəlxalq Təlim və Layihə Mərkəzi icra edəcək.

Layihə SOCAR və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir. CQBK layihəsində iştirakçıların pay bölgüsü hazırda belədir: SOCAR (10%), Cənub Qaz Dəhlizi şirkəti (6,67%), bp (28,83%), TPAO (19%), Petronas (15,5%), Lukoil (10%), NİCO (10%).

Namizədlər seçim prosesi və şərtləri ilə bağlı suallarla aşağıdakı ünvana müraciət edə bilərlər: [email protected]

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022
Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024
Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025
SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

02-06-2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023
SOCAR “Microsoft” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Microsoft” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

04-08-2023
“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023
"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

22-12-2025
“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020
“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

16-06-2026
Kibertəhlükəsizlik Akademiyasına tədris üçün qeydiyyat davam edir

Kibertəhlükəsizlik Akademiyasına tədris üçün qeydiyyat davam edir

21-08-2023
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026
Azərbaycanda “İT-Akademiya” fəaliyyətə başlayır

Azərbaycanda “İT-Akademiya” fəaliyyətə başlayır

21-06-2022
Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

02-11-2022
AKTA və AzTU yeni layihəyə başladı

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə