Yaponiyanın elektronika avadanlığı istehsalçısı Sony şirkəti kontaktsız ödənişlər sisteminə regionun bütün ictimai nəqliyyatını qoşmağı planlaşdırır.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, FeliCa adlanan texnologiya iki tip ödəniş informasiya ötürülməsindən - smartfona yerləşdirilən çipdən və ya plastik kartlı mikroprosessordan istifadə edir. Şirkətin çipləri artıq Honkonqun qatar, avtobus və mağazalarında quraşdırılıb. Gələn ilin baharında sistemin İndoneziyada istifadəyə verilməsi nəzərdə tutulur.
Sony bu məqsədlə İndoneziyanın Telkom Indonesia telekommunikasiya şirkəti ilə saziş imzalayıb. Şirkətlər birlikdə kontaktsız ödənişlər platforması yaradaraq onu ölkənin pərakəndə ticarət şəbəkəsində tətbiq etməyi planlaşdırır.
Yaponiya istehsalçısının FeliCa əməliyyatlarına görə məsul olan baş meneceri Kazuyuki Sakamoto hesab edir ki, Cənub-Şərqi Asiya FeliCa kimi texnologiyalar üçün əsas bazar ola bilər. Hazırda region ölkələri nəqliyyat sistemini aktiv modernləşdirir və infrastruktura böyük vəsaitlər yatırır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri