Sony “Project Morpheus“-un yeni versiyasını təqdim etdi

05-03-2015 / 17:30

Yaponiya istehsalı olan Sony virtual reallıq eynəyinin gələn il satışa çıxacağını bildirib.

Xəbərlərin xarici mətbuata istinadən verdiyi məlumata görə Sony-nin Playstation 4 üçün hazırladığı virtual reallıq eynəyi  “Project Morpheus“ 2016 –cı ilin  ilk rübündə istehlakçılara təqdim olunacaq.

Firma "Project Morpheus" -u  ilk dəfə ötən il “Oyun Yaradıcılar Konfransı (GDC) 2014”-də tanıdıb. Sony bu ilki GDC-də Morpheus-un yalnız çıxış tarixini deyil xüsusiyyətlərini də inkişaf etdirdiyini bildirib.

 Qeyd edək ki, ilk prototipin 5 düymlük LCD ekranı var. Bu il tanıdılan prototipin isə 5.7 düym ölçüsündə OLED ekranı var. Bu yeni ekran istifadəçilərə 90 yerinə 100 dərəcəlik görmə bucağı təqdim edir.

 Bu il "Project Morpheus" -un ilk versiyasının hazırlanmasında  bəzi gecikmələr yaşansa da, bu sahədə növbəti inkişaf da elə həmin vaxt baş verib. Belə ki  Sony eynəkdəki gecikmə müddətini 0.04 saniyədən 0.0018 saniyəyə salıb.

Bu da o deməkdir ki, başınızı sola çevirdiyinizdə görüntü 0.0018 saniyə sonra sola dönür.   Bu isə  gerçəyə çox yaxın bir görüntünü  təmin edir.

 PlayStation təcrübəsini Call Of Duty kimi oyunlarda fərqli bir səviyyəyə daşıyacaq "Project Morpheus" -un satış qiyməti isə hələlik açıqlanmayıb. 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə