Xeyriyyə uşaq cəmiyyəti olan “SOS Uşaq kəndləri Azərbaycan” Assosasiyasının Sahil İT tərəfindən hazırlanmış hazırlanmış internet saytında online-ianə sistemi quraşdırılıb.Artıq yardıma möhtac, kimsəsiz uşaqlara kömək etmək istəyənlər www.soschildren.az saytında “SilverKey” şirkətinin təqdim etdiyi sistem sayəsində kredit kartları vasitəsilə istədikləri məbləği cəmiyyətin hesabına köçürə bilərlər. Online ödəmə olduğuna görə , bu sistem sayəsində həm tam şəffaflıq, həm də tam məxfilik tam təmin olunmuş olur.
Xeyriyyə uşaq cəmiyyəti olan “SOS Uşaq kəndləri Azərbaycan” Assosasiyasının marketinq üzrə mütəxəssisi Rauf Əliyev xeberler.az-a bildirib ki, cəmiyyətin yardımsevər dostları əsasən şirkətlər və fiziki şəxslərdi. “Şirkət və müəssisələrin ianə ödəmələrində demək olar ki, heç bir problemlə rastlaşmırdıq,lakin fiziki şəxslərin bank hesablarından etdikləri maddi yardım zamanı bir sıra texniki problemlərlə üzləşirdik.Bu problemi aradan qaldırmaq,həm də yardımsevər dostlarımızın rahatlığını təmin etməkdən ötrü saytımızda belə bir sisteminin quraşdırılmasına qərar verdik”
Məlumat üçün bildirək ki,“GoldenPay” sistemi 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdim olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri