Sosial mediadakı aktivliyinizi necə ölçə bilərsiz?

08-10-2015 / 13:23

Məlumat verdiyimiz kimi, bir müddət öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirildi.

İclasda 1-ci qrant müsabiqəsinin yekununa dair müzakirələr oldu. Belə ki, Fond qrant müsabiqəsində qalib gələn layihələr barədə əraflı məlumatları ictimaiyyətə açıq elan etdi.

Xeberler.az olaraq 1-ci qrant müsabiqəsində qalib gələn layihələrlə bağlı daha ətraflı məlumatları paylaşırıq.

Məlum olduğu kimi, Fond tərəfindən 1-ci qrant müsabiqəsinin qalib gələn layihələrinin hər birinə 20 min AZN-ə qədər vəsait ayrılmışdı.

Maraqlıdır ki, layihələr bu vəsaitdən necə istifadə etdilər? Onlar  öz layihələrini inkişaf etdirə bildilərmi, yeni investorlar tapa bildilərmi və hazırda layihələrinin əhatə dairəsi və inkişaf mexanizmi necədir? Layihələr gəlir əldə edə bilirlərmi?

Ötən yazımızda müsabiqənin qaliblərindən olan Hipassanger  haqqında məlumat vermişdik.

Bu dəfəki yazımızda  1-ci qrant müsabiqəsində qalib gələn layihələrdən olan  Socset  (socset.com)  layihəsini araşdırmaq qərarına gəldik.

Bu layihə   internetdə müxtəlif   keçidlərin ( linklərin (URL)) sosial  mediada gündəlik paylaşım statistikasını və həstəqlərin (açar sözlər) statistikalarını  təqdim edir.
Yəni,  bu onlayn xidmət vasitəsilə paylaşımlarınızın sosial şəbəkələrdə nə qədər palaşdığının statistikasını və bununla bağlı analitik hesabat əldə edə bilirsiniz.  Bununla da siz  paylaşımlarınızın hansı soisal şəbəkədə daha çox populyar olmasını müəyyən edə bilərsiz.

Sistemdən istifadə xidmətlərə görə ödənişli və ödənişsizdir.

Qeyd edək ki, hazırda bu sistemdən daha çox şirkətlər istifadə edir.

Layihəyə ayrılan məbləğ: 20 min AZN

Layihə rəhbəri: Şaiq Muradov.

Fondun müsabiqəsindən sonra Socset layihəsində hansı dəyişiklərin olduğunu, layihənin necə inkişaf etdiyi barədə isə məlumat əldə edə bilmədik.

Layihənin hazırki fəaliyyəti  və gələcək inkişaf perspektivi ilə maraqlanmaq üçün layihə rəhbəri Şaiq Muradovla dəfələrlə əlaqə saxlamağa  çalışsaq da mümkün olmadı.

Socset layihəsi Barama İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən Elm və Texnologiya Sahibkarlığı Proqramı (STEP) layihəsi  çərçivəsində və digər müsabiqələrdə  qalib layihələrdən olub.

 

İT-nin inkişafı Dövlət Fond  tərəfindən 1-ci qrant müsabiqəsi 2014-cü ilin aprel-may aylarında elan edilib. Müsabiqə çərçivəsində Fonda 194 layihə daxil olub. Onlardan 106-sı ilkin, 59-u isə kompleks ekspertizadan keçərək yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilib. Müşahidə Şurası təqdim olunan 59 layihədən 31 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib.

Qrant müsabiqəsində qalib olan digər layihələrlə bağlı silsilə yazılarımız davam edir.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə