Previous Next
Bağla

Sosial şəbəkələr boşanmalara səbəb olur

04-05-2015 11:38
Sosial şəbəkələr boşanmalara səbəb olur

“Facebook”, “Twitter” və digər sosial şəbəkələr boşanmaların sayının artmasına səbəb olan amillərdən biridir.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar saytına istinadən verdiyi məlumata görə, bu barədə “Slater and Gordon” hüquq şirkətinin hesabatında deyilir. Şirkətin getdikcə daha çox müştərisi "Facebook”, “Twitter”, eləcə də “Skype”, “Snapchat” və “What'sApp” kimi servislərin boşanmada rol oynamasını bildirir.

Hüquqşünaslar “Censuswide” şirkəti ilə birlikdə iki mindən çox evli kişi və qadın arasında sorğu keçirib. Məlum olub ki, evli olan hər yeddinci respondentdən biri həyat yoldaşının və ya arvadının sosial şəbəkədə yazdığı şərhinə görə boşanma barədə düşünüb. Təxminən eyni sayda rəyi soruşulan bildirib ki, internetdə tərəfdaşın xəyanət etməsi ilə bağlı sübutlar axtarır, eyni zamanda hər beşinci respondent hər gün əri və ya arvadı ilə sosial mediadan istifadəyə görə mübahisə etdiyini vurğulayıb.  

“Beş il əvvəl “Facebook”un nikahın posulmasına səbəb olması təsadüfi hallarda göstərilirdi, lakin indi bu adi hal alıb. Sosial şəbəkələrdə fotoşəkil və şərhlər mütəmadi olaraq boşanma səbəblərinin müzakirəsi zamanı qaldırılmağa başlayıb”, - "Slater and Gordon” mütəxəssisi Endryu Nyuberi bildirib.

Sorğunun nəticələrinə görə, sosial şəbəkələrdə ər və ya arvadın hesabının yoxlanılması üçün geniş yayılan səbəb onların kim ilə ünsiyyət qurmasını, görüşməsini və hara getməsini öyrənmək olub. Evli olan insanların dörddə biri etiraf edib ki, qarşı tərəfin belə “izlənilməsi” ən azı həftədə bir dəfə mübahisələrə səbəb olur, 17 faizi bu mövzuda mübahisələrin onlarda hər gün baş verməsini deyib. Bir sıra hallarda münaqişələrə səbəb keçmiş tərəfdaşlarla əlaqə, o cümlədən onlara gizli məlumatların və açıq-saçıq şəkillərin göndərilməsi olub.

Ər-arvadların 14 faizi qeyd edib ki, tərəfdaşların hesablarına konkret olaraq xəyanətlə bağlı sübutlar axtarmaq məqsədilə baxır. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Facebook boşanmalara səbəb olur

Facebook boşanmalara səbəb olur

04-03-2011
Facebooka görə boşanmalar artır

Facebooka görə boşanmalar artır

03-12-2010
Sosial şəbəkələr biznes üçün təhlükə törədir

Sosial şəbəkələr biznes üçün təhlükə törədir

10-06-2015
Hər ikinci şəxs yaxınlarının telefon nömrəsini xatırlamır

Hər ikinci şəxs yaxınlarının telefon nömrəsini xatırlamır

08-07-2015
Aparıcı sosial şəbəkələrin adı açıqlandı

Aparıcı sosial şəbəkələrin adı açıqlandı

24-08-2015
İşəgötürənlərin əksəriyyəti sosial şəbəkələrdə namizədlərin profilinə baxır

İşəgötürənlərin əksəriyyəti sosial şəbəkələrdə namizədlərin profilinə baxır

15-11-2013
 “Smartfon sevgi münasibətlərini pozur”

“Smartfon sevgi münasibətlərini pozur”

05-10-2015
ABŞ-da hər dördüncü yol nəqliyyat hadisəsinə mobil telefon səbəb olur

ABŞ-da hər dördüncü yol nəqliyyat hadisəsinə mobil telefon səbəb olur

21-05-2015
Whatsapp qərarından döndü, məlumatlarımız özümüzdə qalır?

Whatsapp qərarından döndü, məlumatlarımız özümüzdə qalır?

11-01-2021
Facebook və Twitter yüzlərlə istifadəçinin profilini niyə silib ?

Facebook və Twitter yüzlərlə istifadəçinin profilini niyə silib ?

20-08-2019
Sosial şəbəkələrin sağlamlıq üçün TƏHLÜKƏLƏRİ

Sosial şəbəkələrin sağlamlıq üçün TƏHLÜKƏLƏRİ

12-11-2018
"Facebook"da böyük təhlükə

"Facebook"da böyük təhlükə

29-11-2010
Sosial şəbəkə həvəskarları Böyük Britaniyaya baha başa gəlir

Sosial şəbəkə həvəskarları Böyük Britaniyaya baha başa gəlir

06-08-2010
“Kiçik biznes sosial şəbəkələrə istiqamətlənir”

“Kiçik biznes sosial şəbəkələrə istiqamətlənir”

21-07-2015
Polis: "Uşaqlarınızın Facebook şifrəsini oğurlayın!"

Polis: "Uşaqlarınızın Facebook şifrəsini oğurlayın!"

22-02-2011
Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

10-03-2009
Sosial şəbəkələr terrora dəstək verir

Sosial şəbəkələr terrora dəstək verir

13-11-2014
Facebook istifadəçilərinin sayı 300 milyonu keçdi

Facebook istifadəçilərinin sayı 300 milyonu keçdi

18-09-2009
Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

27-07-2018
Nar sosial media mükafatına layiq görülüb

Nar sosial media mükafatına layiq görülüb

14-02-2017
Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

26-04-2021
“Başlıqlar sosial şəbəkələr üçün əsasdır”

“Başlıqlar sosial şəbəkələr üçün əsasdır”

18-06-2015
Sosial şəbəkələrdə ünsiyyət psixi problemlər yaradır?

Sosial şəbəkələrdə ünsiyyət psixi problemlər yaradır?

07-03-2011
“Facebook internetin gələcəyinə təhlükə yaradır”

“Facebook internetin gələcəyinə təhlükə yaradır”

01-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə