“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb.
Bu barədə ADY-yə istinadən xəbər verir.
ADY sədri Rövşən Rüstəmov və “Stadler Rail Group” şirkətinin vitse-prezidenti Benjamin Niederhauser tərəfindən imzalanmış müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən də mərkəzin tikintisi üçün investisiya yatırılacaq.
"Bu mərkəzin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidmət məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95 %-dən çox olmasını təmin edəcək. Eyni zamanda mərkəzdə ADY-nin işçi heyətinə bütün növ lokomotivlərin təmir olunması ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından dəstək və məsləhət veriləcək", - məlumatda deyilir.
ADY bildirir ki, Azərbaycan ərazisində belə bir unikal müəssisənin yaradılması regionda qonşu ölkələrdə istismar edilən “Stadler” hərəkət tərkibinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, ADY tərəfindən “Stadler Rail Group” şirkətindən sifariş edilən KISS markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə gətirilib. Hazırda Azərbaycanın dəmir yollarında 9 ədəd KISS elektrik qatarı istifadədədir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri