“Starship” “Optimus” ilə Marsa 2026-cı ildə göndəriləcək

15-03-2025 / 15:28

Amerikalı milyarder İlon Mask 2026-cı ilin sonunda göyərtəsində “Optimus” insanabənzər robotunun olacağı “Starship” kosmik gəmisinin Marsa göndəriləcəyini elan edib.

Xeberler.az məlumat verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

"Starship” gələn ilin sonunda Marsa uçacaq, onun bortunda “Optimus” olacaq", - İ.Mask bildirib və qeyd edib ki, əgər uçuşlar uğurlu keçsə, göyərtəsində insanların olduğu kosmik gəmilər artıq 2029-cu ildə göndərilə bilər.

"İnsanların eniş etməsi üçün daha çox ehtimal olunan tarix 2031-ci ildir", - o əlavə edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə