Previous Next
Bağla

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşüb- Fotolar

13-05-2016 10:35
Startap Azərbaycan Lənkəranda gənclərlə görüşüb- Fotolar

Məlumat verdiyimiz kimi, dünən Lənkəran şəhərində Startap Azərbaycan layihəsənin nümayəndələri tələbələrlə görüşüb.

Xeberler.az-ın məlumatına görə, tədbir Lənkəran Dövlət Universitetində baş tutub.

Görüşdə universitetin tələbələri və startap sahəsi ilə maraqlanan gənclər, həmçinin Lənkərana yaxın bölgələrdən də bu sahə ilə maraqlanan şəxslər də iştirak edib.

Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov açıb.

Nizami Yusubov qonaqları təqdim edərək deyib ki, son dövrlərdə startap sahəsi , internet biznes ölkəmizdə də inkişaf etməyə başlayıb.

O, bu görüşü yüksək qiymətləndirib.

Professor qeyd edib ki, belə görüşlər tələbələr üçün faydalıdır.

Nizami Yusubov universitetin tələbələrinin ideyalarını dəstəkləyəcəklərini vurğulayıb.

Tədbirdə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Startap Azərbaycan haqqında və ölkədə startap ekosisteminin inkişafı barədə məlumat verib.

O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT-nin İnkişafı Dövlət Fondu və digər rəsmi qurumlar və şirkətlər tərəfindən dəstəklənən Startap Azərbaycan layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, Startap Günləri haqqında danışıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun nümayəndəsi Emin Baxşəliyev çıxış edərək Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat verib.

Fondun rəsmisi layihələrin qrant müsabiqəsində iştirakı ilə bağlı məqamlara məqamlara aydınlıq gətirib.

Görüşdə həmçinin ölkədə tanınmış startapçılar və İT sahəsi üzrə mütəxəssislər , startapçı Orxan Əhmədov, startapçı, AMEA Elm və Texnologiya Parkının aparıcı mütəxəssisi Rəşid Əliyev və elektron ticarət üzrə ekspert, Shopera.az -ın təmsilçisi Rəşad Camal çıxış edərək öz təcrübələri və startap sahəsindəki mövcud trendlərlə, internet biznes və elektron ticarət sahəsindəki vəziyyətlə bağlı fikirlərini tələbələrlə bölüşüb.

Görüşdə Lənkəran Dövlət Universitetinin professor müəllim heyətinin nümayəndələri, xüsusilə də tələbələr çıxış edərək onları maraqlandıran sualları səsləndirib.

Toplantı diskussiya və tələbələrin sual-cavabları ilə davam edib.

Tədbirlə bağlı bütün fotolar Startap Azərbaycan-ın rəsmi Facebook səhifəsində yerləşdirilib.

Xəbər verdiyimiz kimi, Startap Azərbaycan bundan əvvəl Gəncədə və Mingəçevirdə belə görüş təşkil edib.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startap Azərbaycan Mingəçevirdə  tələbələrlə görüşüb-Fotolar

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016
Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016
Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016
Gəncədə tələbələrə və gənclərə startaplarla bağlı məlumat verilib

Gəncədə tələbələrə və gənclərə startaplarla bağlı məlumat verilib

17-03-2016
Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016
Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016
Startap Azərbaycan bugün Texniki Universitetin tələbələri ilə görüşüb

Startap Azərbaycan bugün Texniki Universitetin tələbələri ilə görüşüb

07-04-2015
Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016
ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016
Startap Azərbaycan AzMİU toplantısı keçirilib - Fotolar

Startap Azərbaycan AzMİU toplantısı keçirilib - Fotolar

02-04-2015
ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

28-03-2016
Startap Azərbaycan BDU toplantısı keçiriləcək

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015
Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

03-04-2015
UNEC-də Startap Günləri başlayıb-Foto

UNEC-də Startap Günləri başlayıb-Foto

25-05-2018
Startap Azərbaycan sabah  Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan sabah Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

06-04-2015
Startap Azərbaycan-da qeydiyyat davam edir

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016
Qalib startaplar təqdimat edib-Foto

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016
Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015
Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016
Startap Azərbaycan-da qeydiyyat başladı

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016
Startap Azərbaycan  Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

Startap Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

31-03-2015
Startap Azərbaycan müsabiqəsinin  iştirakçıları üçün təlimlər keçirilib-Fotolar

Startap Azərbaycan müsabiqəsinin iştirakçıları üçün təlimlər keçirilib-Fotolar

21-05-2016
Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016
Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə