Previous Next
Bağla

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016 10:50
Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

Məlumat verdiyimiz kimi, Startap Azərbaycan 2016 tədbirləri başa çatmaq üzrədir.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, sabah Holiday İnn otelində yekun təqdimat mərasimi və ənənəvi Startap Azərbaycan Milli Konfransı keçiriləcək.

Bildirilib ki, konfransın mövzusu “Azərbaycanın startap ekosistemi : problemlər və perspektivlər“ olacaq.

Qeyd edək ki, konfransda  Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İT-nin İnkişafı Dövlət Fondunun direktoru Elçin Zeynalov, Azərbaycan İnternet Forumunun prezidenti , Startap Azərbaycan Təşkilat Komitəsinin üzvü Osman Gündüz və digərlərinin çıxışı gözlənilir.

Konfransın proqramı və spikerlər barədə buradan daha ətraflı məlumat ala bilərsiniz.

Yekun təqdimat mərasimində Startap Azərbaycan 2016 layihəsinin yekunları və milli startap müsabiqəsinin nəticələri haqqında təqdimatlar olacaq.

 Həmçinin müsabiqəsinin qalibləri elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Qaliblərin qısa müddətli təqdimatları da nəzərdə tutulur.

Təşkilat Komitəsindən verilən məlumata görə, bu il də ekspertlərin 2 mərhələli qiymətləndirməsindən sonra bir neçə komanda finala çıxıb. Komandaların adları isə hələlik açıqlanmayıb.

Məlum olduğu kimi, bu il müsabiqəyə 45 startap müraciət etsə də, Startap Azərbaycan qaydalarına uyğun olan 20 startap yarışmaya buraxılıb.

Məlumat verdiyimiz kimi, mayın 26-da Startap Azərbaycan 2016 yarımfinalçılarının 2-ci qiymətləndirilməsi keçirildi. Yüksək Texnologiyalar Parkında baş tutan tədbirdə 10 yarımfinalçı komanda ekspertlər qarşısnda təqdimat etdi.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, Youth İnc., NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015

“Startap Azərbaycan 2015” -in yekun tədbirlərinin proqramı açıqlandı

08-05-2015

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Startap Azərbaycan 2016-nın final mərhələsi keçirilib-Fotolar

27-05-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

28-03-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Startap Azərbaycan müsabiqəsinin iştirakçıları üçün təlimlər keçirilib-Fotolar

21-05-2016

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə