Previous Next
Bağla

Startap Azərbaycan müsabiqəsinin iştirakçıları üçün təlimlər keçirilib-Fotolar

21-05-2016 15:01
Startap Azərbaycan müsabiqəsinin  iştirakçıları üçün təlimlər keçirilib-Fotolar

Bu gün Startap Azərbaycan 2016 müsabiqəsinin iştirakçılarına startaplarının inkişaf strategiyasının, təqdimatların və biznes planların hazırlanmasına kömək məqsədilə təlimlər keçirilib.

Xeberler.az-ın məlumatına görə, təlim Yüksək Texnologiyalar Parkında (YTP) təşkil olunub.

Startap Azərbaycan Təşkilat Komitəsi adından çıxış edən Osman Gündüz hər il müsabiqəyə qatılanlar üçün belə təlimlərin təşkil edildiyini diqqətə çatdırararq bunun mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O, Startap Azərbaycan çərçivəsində qarşıdakı günlərdə keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında da məlumat verib.

RYTN yanında Yüksək Texnologiyalar Parkının department rəhbəri Ülvi Aslanov, BeSmart şirkətinin baş icraçı direktoru, Youth Inc. Gənc Sahibkarlıq Proqramının layihə koordinatoru Müşviq Həsənov, KVAN kitabının müəllifi, tanınmış startapçı Cosqun Kərimov və Startap Azərbaycan TK üzvü Orxan Əhmədov startap komandaların üzvləri qarşısında maraqlı təqdimatarla çıxış edib və öz təcrübələrini bölüşüb.

Layihələrin  təqdim edilməsi haqqında ətraflı məlumat verilib.

Təlimçilər gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, təlimlərlə bağlı bütün fotoları Startap Azərbaycan-ın rəsmi Facebook səhifəsindən əldə edə bilərsiniz. 

Startap Azərbaycan Təşkilat Komitəsindən bildirilib ki, mayın 26-da 2-ci qiymətləndirmə olacaq.

Yarımfinala çıxan startaplar 8 dəqiqə müddətində ekspertlər qarşısında öz layihələri təqdim etməlidir.

Qaliblərin yekun təqdimat mərasiminin və ənənəvi Startap Azərbaycan Milli Konfransının isə iyunun 1-də keçirilməsi nəzərdə tutulub.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Bu gün keçirilən təlimlərlə bağlı bütün fotoları Startap Azərbaycan-ın rəsmi Facebook səhifəsindən əldə edə bilərsiniz. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

28-03-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

13 startap komandasının təqdimatı - Fotolarda

02-05-2015

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə