Previous Next
Bağla

Startap Günləri bitdi

17-11-2014 20:25
Startap Günləri bitdi

Noyabrın 14-16-da  Yüksək Texnologiyalar Parkında “Startup Günləri 2014” keçirilib.

Xeberler.az Startup Azərbaycan Təşkilat Komitəsinə istinadla bildirir ki, 14 noyabrın 14-də Azərbaycan İnternet Forumunun  prezidenti, Startup Azərbaycan layihəsinin rəhbəri Osman Gündüz tədbiri açaraq , Startup Günlərinin məqsədinin ölkənin milli startap infrastrukturuna dəstək vermək, yeni startapların yaradılmasını stimullaşdırmaq, startaplar üçün infromasiya-metodiki dəstək göstərmək və startaplar arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib.

Açılış  mərasimində  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O, dövlətin milli startapların inkişafına dəstək göstərməsinin prioritet olduğunu qeyd edib və bu dəstəyin qarşıdakı illərdə daha da güclənəcəyini bildirib. Nazir müavini bu cür tədbirlərin startap infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra Startup Günləri çərçivəsində “Milli startaplara dövlətin və özəl sektorun dəstəyi”mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov,  Cybernet şirkətinin rəhbəri İlham Namazov, Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərimov, İnfiPro şirkətinin nümayəndəsi Kəmalə xanım,  SİNAM şirkətinin direktoru Elçin Əliyev, İnternet Holdinq şirkətinin rəhbəri Rafael Əzizov  çıxış ediblər.

Çıxışlarda səsləndirilən fikirlər ətrafında və mövzu ilə bağlı maraqlı diskussiya keçirilib. Ölkənin startap infrastrukturunun bütün maraqlı tərəflərinin nümayəndələri müzakirələrdə aktiv iştirak diblər. Gənc startapçıların suallarını panel iştirakçıları cavablandırıb. Sonra Konfrans müzakirələr və sual-cavablarla işini davam etdirib.

Konfransda nazir müavini Elmir Vəlizadə çıxış edərək müzakirələrin kifayət qədər maraqlı və faydalı olduğunu qeyd edib. O, çıxışında qaldırılan məsələlərə münasibət bildirib.

Noyabrın 14-də Startup Günləri çərçivəsində keçirilən konfransdan sonra gənc startapçılar öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə 20 ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti  və ekspertlər bunlardan 6 ən yaxşı ideyanı seçib.

İdeyaları seçilən startapçılar qalan iştirakçılar arasından özlərinə komanda formalaşdırıblar. Hər komandada  6 nəfər  startapçı təmsil olunub.  Komandalar formalaşdırdıqdan sonra komanda üzvlərinin yaxından tanışlığı məqsədilə “networking” keçirilib.

Növbəti mərhələdə Komandalar  ideyalar üzrə  İnternet Layihələrin ilkin prototiplərinin hazırlanmasına başlayıb.  Komandalar tanınmış ekspertlərin və mentorların köməyi ilə 3 gün ərzində seçilən ideyalar ətrafında Layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.

Startup Günləri çərçivəsində gənc startapçılara kömək  və metodiki informasiya dəstəyi də təşkil olunub.

Beynəlxalq ekspert Vivek Jha gənc startapçılara biznes planların hazırlanması, ilkin inkişaf problemləri ilə bağlı təlim keçiib.

Startup Günləri çərçisində son dövrlərdə beynəlxalq tədbirlərdə iştirak dən yerli startap sahibləri ilə gənc startapçıların və İnternet biznesə yeni başlayanların görüşü keçirilib

Görüşdə ekspertlər Orxan Əhmədov, Şaiq Muradov, Amid Quliyev, Məmməd Kərimov, Elşad Yusifli , Vaqif Abbasov  gənc startapçılara faydalı məlumatlar verib və beynəlxalq trendlər haqqında bilgilər çatdırıblar. Görüşlərdə həmçinin yeni fəaliyyətə başlamaq istəyən startapçıların investorlarla münasibətlərinin qurulması, komanda ilə işləmək üsulları və gələcək biznes fəaliyyətinin spesifik xüsusiyyətləri ilə bağlı diskussiya aparılıb.

Startup Günlərinin yekun günündə  6 komanda öz layihələrinin ilkin versiyalarının hazırlanmasını  başa çatdırıblar, bununla bağlı hazırladıqları təqdimatları qısa zaman kəsiyində münsiflərə təqdim ediblər. Hər bir Layihənin təqdimatı münsiflərin sorğu-sualı ilə müşayiət olunub.

Layihələrin təqdimatından sonra  münsiflər qiymətləndirmə prosesi aparıb.

Qiymətləndirmə prosesində ekspertlər Vahid Qasımov, Vüqar Əliyarov, Şaiq Muradov, Amid Quliyev, Orxan Əhmədov, Məmməd Kərimov, Elşad Yusifli iştirak edib.

Qiymətləndirmə  qabaqcadan hazırlanan metodika əsasında həyata keçirilib. Qiymətləndirmənin yekununda münsiflərin səsverməsi ilə qalib layihələr seçilib.

6 Layihə içərisindən daha çox bal toplayan 3 layihə qalib seçilib :

I yer -  PlayProChess.com layihəsi
Ənənəvi iki nəfərlik stolüstü oyunların qeyri-ənənəvi çoxistifadəçili variantının ixtirası və onlayn oyun platforması

II yer – Wanlust  layihəsi
Bakıya gələn qonaqlar və xarici turistlər üçün virtual şəhər rəhbərliyi edərək şəhərdəki obyektlər haqqında məlumat verəcək mobil tətbiq

III yer – Shadliq .az
Shadliq.az - Şadlıq sarayların və restoranların seçilməsi üçün onlayn kataloq

Noyabrın 16-da Startup Gnülərinin qaliblərinin Yekun Təqdimat mərasimi keçirilib.

AİF prezidenti Startup Azərbaycan TK-nən üzvü Osman Gündüz təqdimat mərasimində çıxış edərək Günlərin yüksək səviyyədə başa çatdığını diqqıtə çatdırıb. Mərasimdə həmçinin  Cybernet şirkətinin nümayəndəsi Şəhla Məmmədova, SİNAM şirkətinin layihə rəhbəri Xaqani və SMAT şirkətinin departament rəhbəri Səlim Nağıyev çıxış edərək  ölkədə internet biznes və startap sektorunun inkişafında maraqlı olduqlarını və gələcəkdə də bu cür tədbirləri dəstəkləyəcəklərini bildiriblər.

Təqdimat mərasimində qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.

Startup Günlərinin təşkilində, ölkədə startap sahəsinin inkişafındakı xidmətlərinə görə bir qrup ekspert və mentoru da Startup Azərbaycan təşəkkürnamə ilə təltif edib.

Startup Günlərinə  Rabitə və Yüksək Texnologiyalar nazirliyi, İT-nın İnkişafı Dövlət Fondu,  Yüksək Texnologiyalar Parkı , Cybernet, SMART, SİNAM , Khazar Ventures şirkətləri dəstək verib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda Startup Günləri başlayıb

08-11-2013

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014

Startup Günləri başlayıb

15-11-2014

Startup Günləri çərçivəsində komandaların formalaşması başa çatıb

08-11-2013

Bakıda Startap Günləri keçiriləcək

21-10-2014

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Startup Günləri başa çatıb

12-11-2013

Sabah Startap Günləri başlayır- Nələr olacaq?

22-02-2018

Bakıda Startup Günləri keçiriləcək

04-11-2013

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

Startap Azərbaycan yekun təqdimat mərasimi və “Startup Azərbaycan 2014” Milli Konfransı keçirilib

03-07-2014

Startup Günlərinə hazırlıq məsələləri müzakirə edilib

24-10-2013

Ekspertlər beynəlxalq təcrübələrini komandalarla bölüşür-Fotolar

07-11-2015

Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

21-11-2016

Startap Günlərində nələr olacaq?

04-11-2015

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015

Bakıda Startup Günləri keçirilir

07-11-2013

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018

Növbəti Startap Günlərinin proqramı açıqlandı

27-06-2018

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

“Startap Azərbaycan 2015”- in qalibləri açıqlandı - Fotolar

15-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə