Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən dövlət dəstəyi mexanizmlərindən yararlanmış sahibkarların və biznesə başlamaq istəyən şəxslərin əhəmiyyətli hissəsi gənclərdir.
Xeberler.az məlumat verir ki, təkcə 2024-cü ildə agentliyin biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40 faizini gənclər təşkil edib.
Biznes subyektini vergidən azad edən “Startap” şəhadətnaməsi almış KOB-ların 30 faizdən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30 faizi gənc sahibkarlar və startaplardır.
KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin, biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.
Eyni zamanda, KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən “Gənclərin biznes emalatxanası” və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən “Bizdən biznesə” layihələrindən 60 gənc faydalanıb.
Agentliyin “KOB könüllüləri” proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrlərin sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bu günədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilir.
Qeyd olunub ki, Azərbaycan əhalisinin təqribən 23 faizini gənclər təşkil edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları