Previous Next
Bağla

Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi layihəsinin tətbiqinə başlanılıb

14-09-2018 17:50
Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi layihəsinin tətbiqinə başlanılıb

Dövlət İmtahan Mərkəzinin əməkdaşları Bakıda keçirilən Beynəlxalq konfransda məruzələrlə çıxış edirlər Sentyabrın 13-də Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə beynəlxalq elmi konfrans (TECIS 2018) öz işinə başlayıb.

Xeberler.az  bildirir ki, konfrans “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda Dövlət İmtahan Mərkəzinin iki əməkdaşının da təqdimatla çıxış etməsi nəzərdə tutulub. Bu gün Mərkəzin Texnoloji nəzarət və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Tural Mustafayev “Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” (Digital Examination Production And Audit System) mövzusunda məruzə edib. O, öz çıxışında qeyd edib ki, DİM (keçmiş TQDK) hələ 2012-ci ildən çap edilən imtahan materiallarının keyfiyyətini yüksəltmək, sual kitabçalarını fərdiləşdirmək, yəni sual kitabçasını hər bir iştirakçının adına çap etmək, insan müdaxiləsi tələb etməyən, tam avtomatlaşdırılmış çap həlli vasitəsilə imtahan materiallarının təhlükəsizliyini təmin etmək məqsədilə imtahanlar üçün “Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” layihəsinin tətbiqinə başlayıb.

Bu layihə DİM-in keçirdiyi bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün tam avtomatlaşdırılmış şəkildə, imtahan zalları üzrə paketlənmiş fərdi sual kitabçalarının hazırlanmasına imkan verir. Fərdi olaraq çap olunmuş sual kitabçalarının üzərində abituriyentə aid həm açıq, həm də kodlaşdırılmış bütün zəruri şəxsi məlumatlar öz əksini tapır. Bu da məhdud sayda əvvəlcədən hazırlanmış sual kitabçalarının imtahan prosesinə gətirdiyi məhdudiyyətləri aradan qaldırdığı üçün səmərəlidir. Kitabçaların fərdi məlumatları ehtiva etməsi imtahanlarda yazılı tapşırıqlardan da istifadə olunmasına şərait yaradır. Belə ki, bu tapşırıqlar sonradan yoxlanarkən kodlaşdırılmış fərdi məlumatlar sayəsində yazı işinin kimə məxsus olduğunu təyin etmək mümkün olmur və bu da şəffaflıq baxımından daha əhəmiyyətlidir. Qeyd olunan üstünlüklər göstərir ki, bu layihə imtahan prosesinin təhlükəsizliyini daha da artırır.

T. Mustafayev əlavə edib ki, “İmtahan üçün Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” hər bir imtahan iştirakçısının sual kitabçasının heç bir texniki səhv olmadan çap olunmasına və kitabçanın həmin şəxsin imtahan verəcəyi zalın zərfinə qoyulmasına təminat verir. Bu proses sual kitabçalarının hazırlandığı bütün mərhələlərdə müşahidə kameralarının nəzarəti altında həyata keçirilir. 

Sual kitabçalarının çap olunması və paketlənməsi prosesi ilə bağlı video-roliki  buradan  izləyə bilərsiniz. Sentyabrın 15-də isə Mərkəzin digər əməkdaşı  bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımovun “Azərbaycan Respublikasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologoyası” mövzusunda təqdimatı olacaq. Həmin təqdimatda respublikada 9-cu sinif səviyyəsindən buraxılış imtahanlarında şagirdlər tərəfindən yazılan yazı işlərinin qiymətləndirilməsi prosesi, bu prosesin həyata keçirilməsi üçün vacib olan qiymətləndirmə alətləri, marker hazırlığı, proqram təminatı, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin edilməsi ilə bağlı məsələlərə toxunulacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
TQDK-nın rəqəmsal çap sistemi Parisdə

TQDK-nın rəqəmsal çap sistemi Parisdə

03-12-2015
DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

08-04-2025
Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021
Bu universitet yeni imtahan modelləri tətbiq edir

Bu universitet yeni imtahan modelləri tətbiq edir

05-06-2018
Bu il  imtahanlarda texnologiyalardan necə istifadə ediləcək?

Bu il imtahanlarda texnologiyalardan necə istifadə ediləcək?

16-02-2017
Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

Ekspert: DİM dövlət resursları hesabına formalaşan test bankını kommersiya qurumlarına satır

24-02-2022
Şagirdlər üçün daha bir pulsuz  onlayn sınaq imtahanı

Şagirdlər üçün daha bir pulsuz onlayn sınaq imtahanı

18-11-2022
DİM onlayn sınaq imtahanları keçirəcək

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018
İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019
Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022
 E-markinq sistemi ilə bağlı tədbir keçirilib

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017
DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

29-10-2024
Rəqəmsal SAT imtahanı keçiriləcək

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01-10-2024
Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

15-03-2017
“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-06-2025
9-cu siniflər üçün buraxılış imtahanı başlayır

9-cu siniflər üçün buraxılış imtahanı başlayır

01-03-2017
"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025
İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019
56 rayonda buraxılış imtahanı keçirilib

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017
Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

13-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə