Previous Next
Bağla

Süni intellekt “E-Polis” mobil tətbiqinə inteqrasiya edilib

16-12-2025 10:01
Süni intellekt “E-Polis” mobil tətbiqinə inteqrasiya edilib

Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq “E-Polis” mobil tətbiqinə inteqrasiya edildi. Bundan sonra vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqları suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab ala biləcəklər.

Xeberler.az məlumat verir ki, yeni çat-bot funksionallığı ilkin olaraq sınaq məqsədilə “E-Polis” platformasında və “e-xidmet.mia.gov.az” elektron xidmətlər portalında istifadəyə verilib. Vətəndaşlar müxtəlif xidmətlər haqqında tez-tez ünvanlanan suallara süni intellektin köməkliyi ilə dərhal cavab ala biləcəklər. Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar çat-botun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır.

Sınaq dövründə əldə olunan nəticələr çat-botun funksiyalarının genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və ehtiyacdan asılı olaraq xidmətin yönləndirməsi funksiyalarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Bu yeniliyin tətbiqi vətəndaşların elektron xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə effektiv təsir göstərəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN bot” tətbiqi istifadəyə verilib

18-03-2020

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014

İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzi”ndə süni intellekt tətbiq olunacaq

05-03-2025

"UNEC"in rəsmi "Telegram Bot"u istifadəyə verilib

21-07-2025

www.emdkdedrx.gov.az ünvanlı veb-sayt istifadəyə verilib

07-01-2010

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022

“MİDA Kommunal” portalı istifadəyə verilib

02-09-2024

Bakı Şəhər Baş Polis İdarəsindən yenilik var

20-08-2019

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022

EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

12-03-2021

Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

01-08-2025

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

18-03-2014

Müraciətlər operativ cavablandırılır

10-09-2018

Ailə TV yeni sayt istifadəyə verdi

05-05-2017

COP29-un yenilənmiş rəqəmsal məlumat platforması istifadəyə verilib

04-11-2024

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024

Tesla avtomobillərinə Grok süni intellektini inteqrasiya edəcək

12-07-2025

Qiymətləndiricilər Palatası "mygov.az"a inteqrasiya olunur

20-10-2025

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

“CityNet" yeni internet saytını istifadəyə verdi

23-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə