Previous Next
Bağla

Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək

07-11-2021 19:33
Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək
Xeberler.az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının icrası ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq işğaldan azad olunan ərazilərdə müvafiq bərpa və yenidənqurma işlərinə başlayıb. Bu işlər çərçivəsində 31 dekabr 2020-ci il tarixindən Şuşa Radio-Televiziya Yayım Stansiyasında (RTYS) radio-televiziya yayımının təşkili müvəqqəti bərpa edilib.
 
Lakin dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsi üçün işğal dövründə erməni işğalçıları tərəfindən Şuşa RTYS-nin dağıdılmış və yararsız vəziyyətə salınmış ərazisində mövcud olan texniki binanın yerində yeni texniki binanın tikilməsi və yeni texnologiyaların istismarını mümkün edəcək, müasir konstruksiyalı yeni metal qüllənin qurulmasına zərurət yaranıb.
 
Bu səbəbdən müasir konstruksiyalı yeni radio-televiziya yayım stansiyasının ilkin eskiz layihəsi hazırlanıb. Layihədə 130 metrlik metal qüllə və 764 m2 ölçülü texniki bina nəzərdə tutulub. Sözügedən qüllənin 60 – 80 metrliyində mobil rabitə, radio-rele və güc strukturlarına məxsus anten sistemlərinin, 80 – 93, 20 metrliyində DAB+ standartlı rəqəmsal radio yayımının anten sistemlərinin, 80 – 112,4 metrliyində FM radionun anten sistemlərinin və 112,4 – 130 metrliyində TV anten sistemlərinin (UHF diapazonlu) yerləşdirilməsi planlaşdırılır. Texniki binada isə radio-televiziya yayım avadanlıqlarının və nəzarət-monitorinq sisteminin yerləşdirilməsi, həmçinin müvafiq dövlət rabitə və media qurumlarının istifadəsi üçün sahələrin ayrılması nəzərdə tutulur.
 
Sözügedən layihə əsasında Şuşa RTYS yenidən qurulduqdan sonra Şuşa, Xankəndi şəhərləri, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Naftalan rayonları, eləcə də Füzuli, Cəbrayıl, İmişli, Zərdab, Ucar, Ağdaş, Yevlax, Mingəçevir, Goranboy və Göygöl rayonlarının Şuşa şəhəri istiqamətində yerləşən yaşayış məntəqələri radio-televiziya yayımları ilə təmin olunacaq.
 
Bu məqsədlə stansiyada hər biri 2,4 kVt-lıq 2 dəst rəqəmsal televiziya vericisinin, hər biri 2 kVt-lıq 2 dəst rəqəmsal DAB+ radiovericisinin, hər biri 5 kVt-lıq 3 dəst FM radiovericisinin, 1+1 dəst peyk qəbullu baş stansiya avadanlıqlarının qurulması nəzərdə tutulur.
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023

İlham Əliyev "Şuşa Radio-Televiziya Yayım Stansiyası" ilə bağlı Sərəncam imzalayıb

07-11-2021

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023

Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

12-03-2025

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

Hadrut Radio-Televiziya Yayımı Stansiyasında işlər yaxın iki ayda başa çatdırılacaq

25-10-2021

Azərbaycanda yeni radio açılır

24-01-2024

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyasıları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

11-09-2024

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə