Previous Next
Bağla

Tanınmış İT şirkət rəhbəri prezidentə müraciət ünvanlayıb

27-05-2016 13:34
Tanınmış İT şirkət rəhbəri prezidentə müraciət ünvanlayıb

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Xeberler.az-ın məlumatına görə, müraciət məktubunda ölkəmizdə sahibkarlara bəzən bir sıra dövlət qurumlarının təmsilçilərinin bürokratik əngəllər yaratdığı qeyd edilib.

İsmayıl Ələkbərov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan tenderdə iştiraklarına qanunsuz olaraq maneçiliklər olub. İT şirkət rəhbəri prezidentə ünvanladığı məktubunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Kompüter proqramlarının alınması və yazılması” ilə bağlı keçirilən tenderdə mövcud qanunvericiliyinin ciddi şəkildə pozulması ilə rastlaşdıqlarını bildirib.

Onun sözlərinə görə, sözügedən tender mayın 3 -də rəsmən elan olunub.

İsmayıl Ələkbərov deyib ki, tenderin şərtlərinə əsasən, ilkin müraciət təqdim edildikdən sonra tender üzrə əsas şərtlər toplusu Tender Komissiyası tərəfindən iddiaçı şirkətə təqdim edilməli,  iyunun 3-nə qədər  isə  iddiaçı şirkətin texniki və kommersiya təklifləri bank zəmanəti ilə birlikdə satınalan quruma (Mədəniyyət və Turizm Nazirliyi) təqdim edilməlidir:

“Mədəniyyət və Turizm Nazirliyinin texniki təchizat və proqram təminatı şöbəsinin müdiri Kamal Kazımov bu tenderdə iştirak üçün yuxarıda qeyd edilən sənədləri hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etməyimizə dəfələrlə cəhd göstərməyimizə baxmayaraq, tenderin əsas şərtlər toplusunu bizə təqdim etməkdən imtina etmiş və bununla da mövcud qanunvericiliyin tələblərini ciddi şəkildə pozub”.

O, yuxarıda iddia edilən qanun pozuntularının və korrupsiya hallarının araşdırılması və Neuron Technologies MMC-nin hüquqlarının təmin edilməsi üçün şəxsən prezidentə müraciət etmək məcburiyyətində qaldığını deyib.

Şirkət rəhbəri müraciət məktubu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin də Daxili İşlər Naziri cənab Ramil Usubova, Baş Prokuroru cənab Zakir Qaralova, İqtisadiyyat Naziri Şahin Mustafayevə, Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Sədri Eldar Nuriyevə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevə göndərib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tanınmış İT şirkət rəhbəri prezidentə müraciət ünvanlayıb

20-11-2017

Tender ləğv edildi

22-07-2016

İT sahəsində bu tender də ləğv edildi

30-01-2018

Azİntelecom DATA mərkəzinin alınması üçün tender elan edib

28-06-2016

Beynəlxalq Bank yeni İT avadanlıq alır

10-11-2017

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

Mədəniyyət və Turizm Nazirliyi xüsusi İnternet sayt açacaq

05-02-2009

Beynəlxalq Bank İT üzrə açıq tender elan edib

29-05-2017

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası avadanlığın alınması məqsədi ilə tender elan edib

08-10-2009

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azİntelecom MMC açıq tender elan edir

29-01-2019

İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

04-05-2016

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015

Nazir turizm idarlərinin saytları ilə bağlı tapşırıq verdi

28-11-2017

Virtual müsabiqənin qalibləri məlum oldu

26-10-2010

“Elektron lisenziya” portalının yaradılması üçün açıq tender keçirilir

29-06-2016

Azərbaycan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tender keçirir

18-08-2009

Nazirliyin regionlar üzrə ilk saytı təqdim olunub

21-10-2017

Azersky peyki üçün avadanlıq alınır – TENDER ELANI

16-11-2018

Azərkosmos ASC ehtiyat hissələri alır

29-11-2018

Azərpoçt Tender elan edir

16-01-2019

"Mədəniyyət" TV 14 Fevralda açılacaq

03-02-2011

Azərkosmos ASC auditor axtarır – TENDER ELANI

16-10-2018

Azintelecom MMC ofis avadanlıqları alır

06-03-2019

AZİNTELECOM MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR

22-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə