Previous Next
Bağla

Kibercinayətkarlar bankomatları zərərverici proqram təminatı olmadan qarət etməyi öyrəniblər

30-11-2018 17:01
Kibercinayətkarlar bankomatları zərərverici proqram təminatı olmadan qarət etməyi öyrəniblər

“Kaspersky Lab”ın ekspertləri “KoffeyMaker” adını daşəyan yeni kibersoyğunçuluq dalğasını müəyyən ediblər. Arsenallarında yalnız noutbuklar və bir neçə leqal proqramı olan cinayətkarlar 2018-ci il boyunca Şərqi Avropa ölkələrində bankomatları talayıblar.

Xeberler.az  bildirir ki, proqramlardan biri pulları verən dispenserin işini sınaqdan keçirmək üçün nəzərdə tutulan utilitanın modifikasiya edilmiş versiyası olub – KDIAG. Bundan öncə proqramın sözügedən versiyasından “ Carbanak ” kiberqruplaşması istifadə edib.

“KoffeyMaker”in qarət prinsipi “Cutlet Maker”ə bənzəyir, lakin bu dəfə cinayətkarlara heç bir zərərverici proqram tələb olunbayıb, bütün lazımi alət və təlimatları ixtisaslaşdırılmış saytlardan yükləmək mümkün idi. Hücumu həyata keçirmək üçün bankomatı açıb, USB vasitəsilə noutbuku dispenserə qoşmaq lazım idi. Bundan sonra cinayətkar öz avadanlığını bankomatın gövdəsində qoyub, bankomatı bağlayıb, çıxıb gedirdi. Daha sonra isə noutbuk uzaqdan idarə olunurdu. Öncədən quraşdırılmış lazımi drayverlər bankomatı “aldatmağa” kömək edirdi, onlar vasitəsilə dispenser yad noutbuku bankomatın kompüteri kimi q’bul edirdi. Daha sonra cinayətkar KDIAG- nin dəyişdirilmiş versiyasını işə salırdı ki, bu da lazımi anda dispenserdə olan bütün pulları verməyə imkan yaradırdı. Bundan sonra müəyyən vaxtda bankomata yaxınlaşıb, sadəcə pulları götürmək kifayət idi. Müəyyən vaxtdan sonra cinayətkarlar avadanlığı götürmək üçün geri qayıdırdılar.

“Bu oğurluqlarda zərərli proqram təminatından istifadə olunmayıb, cinayətkarlar isə dispenserlərə qoşulmuş noutbukları əməliyyatın sonunda özləri ilə apardıqlarından insidentlərin arxasında kimin dayandığını və yeni qruplaşmadan söhbət getdiyini müəyyən etmək çətinləşir. Bu insidentlər bir daha təsdiq edir ki, cinayətkarlar həmişə İT sahəsində dərin biliklərə malik olmaya da bilərlər və bundan başqa, öz məqsədlərinə çatmaq üçün artıq daha çox leqal vasitələrə əl atırlar, bu da onların nəzərdən qaçmasına imkan verir”, - deyə “Kaspersky Lab” şirkətinin antiviruslar üzrə aparıcı eksperti Sergey Qolovanov bildirib.

Bu cür oğurluqların qarşısını almaq üçün bankomatın kompüteri və dispenserin birləşdiyi hissəni güvənli şəkildə qorumaq lazımdır – heç bir kənar şəxs bura daxil olmamalıdır. Əgər texniki şərtlər imkan verirsə, dispenser və kompüter arasında şifrləmə həyata keçirmək ATM nəzarət mərkəzinin əvəzlənməsi hallarının qarşısını alacaq. “KoffeyMaker” soyğunçuluq dalğası haqqında daha ətraflı: https://securelist.ru/koffeymaker-notebook-vs-atm/92867/.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kibercinayətkarlar bankomatdan pulu necə oğurlayır?- Araşdırma

10-04-2017

Satışda təhlükəli proqram təminatı aşkarlanıb

24-10-2017

Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

24-05-2016

Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

04-10-2018

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Lazarus kriptovalyuta birjasına hücum edib

24-08-2018

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018

Bu il kibertəhlükəsizlik sahəsində nələr oldu? –İcmal

15-12-2017

Tarixin ən böyük bank soyğunçuluğu - 1 milyard dollar

16-02-2015

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Bu proqram söhbətlərə gizlicə qulaq asır

18-01-2018

Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

15-02-2018

iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

28-09-2018

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018

Andorid telefonlar üçün təhlükə-Yeni virus

16-06-2017

Yeni zərərli proqram aşkar edilib

11-05-2018

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

Bankomatlar üçün yeni kiber təhlükə

20-10-2016

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Cinayətkarlar soyğunçuluq xidməti yaradıb

26-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə