Təhsil işçilərinin “Elektron şəxsi iş”ləri hazırlanıb

11-04-2011 / 23:35

2010-2011-ci tədris ilində Təhsilin İdarə Olunmasının Məlumat Sistemi (TİMS) proqramına bir sıra əlavələr və dəyişikliklər edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, TİMS proqramı daxilində yer alan kadrlar səhifəsində ayrı-ayrı məktəblərdə fəaliyyət göstərən hər bir kadrın “Elektron şəxsi iş”i hazırlanıb. Həmin “Elektron şəxsi iş”lərdə əsasən kadrların pedaqoji işə başlama tarixi, əmək fəaliyyəti, pedaqoji stajı, işə qəbul olunma haqqında əmr öz əksini tapıb. Bununla yanaşı, şəxsiyyəti təsdiq edən sənəd, yaşayış ünvanları, kadrların təhsili, tədris etdiyi fənlər və saatların miqdarı, ailə vəziyyəti haqqında məlumatlar da toplanılaraq gələcəkdə həmin “Elektron şəxsi iş”lərdə əksini tapacaq. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə