“Təhsildə İKT-nin tətbiqi problemlərinin araşdırılması institutun əsas hədəflərindəndir”
Xeberler.az-ın məlumatına görə, bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun “Elektron təhsil sahəsində problemlər və perspektivlər” mövzusuna həsr olunmuş elmi seminarında çıxışında deyib.
Bu gün dünya təhsil sistemində inqilabi dəyişikliklərin baş verdiyini vurğulayan R.Əliquliyev bu sahədə yeni çağırışlardan danışıb.
Onun sözlərinə görə, Azərbaycanda e-təhsilin təşkili və distant tədrisin inkişafı həm elm, həm də təhsil müəssisələri qarşısında duran mühüm vəzifələrdəndir.
Bu sahədə dünyanın aparıcı universitetlərinin təcrübəsi, əldə olunan nailiyyətlər və yeni baxışlar araşdırılmalıdır. Alim, xüsusilə gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini önə çəkib.
“Təhsildə İKT-nin tətbiqi problemlərinin araşdırılması institutun əsas hədəflərindəndir”, – deyə bildirən alim bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacib olduğunu deyib.
İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev bildirib ki, e-təhsil daha geniş istifadəçi auditoriyasına malik olmağa, tədris materialı və xərclərinə qənaət etməyə, uzaq məsafədən dərslər keçməyə imkan verir.
Elektron tədrisin yaradılmasının çoxsaylı aspektlərə malik olduğunu qeyd edən məruzəçi, buraya metodoloji təminat, texniki təminat, proqram təminatı, informasiya təminatı və s. aid olduğunu deyib. O, e-təhsildə Big data-nın imkanlarından söz açaraq bildirib ki, Big data mütəxəssislərə fərdiləşdirilmiş kurslar təşkil etməyə imkan verir.
F.Ağayev e-təhsil sahəsində mövcud olan təhlükələr haqqında da məlumat verərək informasiya, psixoloji, didaktik və fiziki təhlükələrdən söz açıb. Onun sözlərinə görə, imtahan verən tələbənin identifikasiyası, tədris resurslarının tamlığının pozulması və qeyri adekvatlığı e-təhsilin normal fəaliyyətinə mane olan təhlükələrdir.
Məruzəçi həmçinin e-təhsil indikatorları, e-learning komponentlərinin idarə edilməsi, e-təhsil və Cloud texnologiyası, e-təhsil sahəsində keçirilən beynəlxalq konfranslar və nəşr olunan elmi jurnallar haqqında ətraflı məlumat verib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri