Previous Next
Bağla

Təhsil sistemində proqram təminatı necə qurulub?

02-05-2017 11:40
Təhsil sistemində proqram təminatı necə qurulub?

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Tədris-İnnovasiya Mərkəzinin “Tədrisin idarə edilməsində proqram təminatının rolu” mövzusuna həsr olunmuş elmi seminarı keçirilib.

Xeberler.az-ın məlumatına görə, mərkəzin əməkdaşı Kəmalə Qurbanova məruzəni təqdim edərək bildirib ki, aparılan araşdırmalara görə, PT haqqında ilk nəzəriyyə 1936-cı ildə ingilis riyaziyyatçısı Alan Turinq tərəfindən təklif olunub:

“Proqram mühəndisliyi termini isə ilk dəfə 1968-ci ildə NATO-nun PT-də yaranmış böhranın həllinə diqqəti cəlb etmək məqsədilə keçirilmiş konfransında işlənib. Proqram muhəndisliyi tələb olunan məsələnin həlli üçün PT-nin işlənməsi, istismarı, müşayiəti və istifadə olunması üçün sistemli, nizamlı metodlara malik olan, həmçinin bu yanaşmaların tədqiqatına  yönələn elm sahəsidir”.

Azərbaycan Respublikasının təhsil sistemində PT-nin tətbiqi ilə bağlı məlumat verən məruzəçi ölkəmizdə informatika elmi və proqramlaşdırma sahəsinin 60-cı illərdən etibarən formalaşmağa başladığını qeyd edib.

Onun sözlərinə görə,  respublikamızda mürəkkəb sistemlərin metodlarının işlənilməsi və müasir standartlara cavab verən mütəxəssislərin hazırlanması  bu sahədə elmi potensialın olduğunu sübut edir.

K.Qurbanovanın sözlərinə görə, respublikamizda  təhsilin modernləşdirilməsi istiqamətində önəmli işlər görülmüş və avtomatlaşmış təhsil sektoru yaradılıb.

İlbəil artan təcrübəyə əsaslanaraq İKT-nin təhsildə tətbiqi üzrə problemlər araşdırılır, nöqsanlar aradan qaldırılaraq inkişaf etdirilir.

Sonra K.Qurbanova institutun Tədris-İnnovasiya Mərkəzində  PT-dən istifadə ilə bağlı məlumat verin. O, Mərkəzdə doktorant və dissertantlar üçün informatika fənninin tədrisi məqsədilə kursların təşkil edildiyini deyib.

K.Qurbanova qeyd edib ki, burada pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşların sayı 40 nəfərdən çoxdur. Onlar institutun elmi işçiləri və İT  üzrə yüksək ixtisaslı mütəxəssislərdir.

Onun sözlərinə görə, AMEA rəhbərliyinin təşəbbüsü ilə institutun Tədris-İnnovasiya Mərkəzində akademiyanın elmi müəssisələrində imtahanların təşkili işinin təkmilləşdirilməsi məqsədilə “Elektron test sistemi”nin istismarı üzrə təlimlər təşkil olunub. Burada PT-dən istifadə qaydaları, informasiyanın sistemə daxil edilməsi və nəticələrin əldə olunması barədə zəruri məlumatları özündə əks etdirən  təlimat hazırlanmış və təlim iştirakçılarına təqdim olunub.

Biliyin elektron test üsulu ilə yoxlanılması və nəticələrin analizindən söz açan məruzəçi təhsil sistemində elektron test üsulu üçün vasitə olan PT-nin funksiyasının üç hissədən ibarət olduğunu dryib.

Onun sözlərinə görə, buraya məlumat bazasının yaradılması (testlərin və imtahan iştirakçıları haqqında məlumatların daxil edilməsi), yoxlamanın (imtahanın) keçirilməsi və kompüter yoxlamasının nəticələrinin analizi daxildir.

Kəmalə Qurbanova  deyib ki, təhsil sistemində İKT məhsullarının və PT-nin tətbiqi tədrisin metodoloji keyfiyyətinin yüksəldilməsi, biliyin obyektiv qiymətləndirməsi, məlumatlar bazasının yaradılması və istənilən zaman statistik məlumatların əldə edilməsində mühüm rolu var.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

17-01-2017

E-təhsil mühitinin inkişafı müzakirə edilib

02-12-2016

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

09-04-2015

AMEA elektron test sistemi ilə bağlı təlimlərə başlayır

08-04-2017

İnformatika üzrə imtahanlarında qadınlar çoxluq təşkil edib

18-07-2017

İnformatika fənni üzrə doktorluq imtahanları başa çatıb

16-07-2016

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

İnformatika fənni üzrə doktorluq imtahanlarına start verilib

15-01-2019

Universitetlərdə proqram mühəndisliyi fənni tədris edilə bilər

29-09-2015

Proqram mühəndisliyi ilə bağlı problemlər müzakirə edilib

24-10-2016

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017

İnklüziv təhsildə İKT-dən istifadə məsələləri müzakirə olunub

23-10-2019

Doktorant və dissertantlara informatikanı tədris edən Mərkəzdən reportaj

22-07-2015

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016

İnformasiya Texnologiyaları İnstitutunda yeni veb sayt yaradılır

01-04-2016

“Mərkəzdə distant tədris prosesi də həyata keçirilir”

23-12-2016

İnformatika üzrə doktorluq imtahanları keçirilir

20-06-2017

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016

“İnformatika. 555 test” kitabı işıq üzü görüb

11-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə