Previous Next
Bağla

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

03-02-2022 19:30
“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

“TEKNOFEST’’ Aerokosmik və Texnologiyalar Festivalına hazırlıq çərçivəsində daha bir maraqlı müsabiqə elan olunub.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin may ayının 26 – 29 tarixlərində Bakıda ilk dəfə olaraq “TEKNOFEST’’ keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST’’in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və s kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Bakıda keçiriləcək festivalın ən maraqlı müsabiqələrindən biri də həm məktəblilər, həm tələbələr və həm də gənc startaplar üçün nəzərdə tutulmuş “ROBOTEXNİKA”dır.

Müsabiqə insanlara və müəssisələrə gündəlik fəaliyyətdə, istehsalatda, hətta kosmosda faydalı ola bilən hər hansı bir işin müəyyən hissəsini icra edə bilən, mürəkkəb mexanizmləri sadələşdirən, hətta əyləncə funksiyasını yerinə yetirən robotların dizayn edilməsini dəstəkləyir.

Qeyd edək ki, robotlara müxtəlif növ mexaniki və ya pnevmatik əməliyyatları yerinə yetirmək üçün dizayn edilmiş, həmçinin materialın kinetik xüsusiyyətlərinə əsaslanan, öncədən proqramlaşdırılmış tapşırıqlar nəzdində fəaliyyət göstərən və ya süni intellekt tərəfindən idarə olunan, müxtəlif bort sensorları ilə yönləndirilən istənilən avtomatik qurğular daxildir.

“ROBOTEXNİKA” yarışması çərçivəsində istedadlı məktəblilər və tələbələrimiz öz intellektual ideya və məhsullarını həm festivalın ziyarətçilərinə, həm də yerli və xarici investorlara təqdim etmək imkanı qazanacaqlar. Müsabiqə iştirakçıları şəhadətnamə ilə təqdir olunmaqla yanaşı, həmçinin Mükafat fondu uğrunda da öz güclərini sınaya biləcəklər.

Qeyd etmək istəyirik ki, yuxarı sinif şagirdləri (7-11-ci siniflər) A kateqoriyasına daxil olmaqla onlar üçün Mükafat fondu I yer 4000 manat, II yer 2000 manat, III yer 1000 manat təşkil edəcək. Azərbaycanda təhsil alan universitet tələbələri B kateqoriyasında I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat fondu uğrunda mübarizəyə qoşula biləcəklər.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.

Qeydiyyat üçün elektron keçid:  https://teknofest.az/az/competitions/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

25-07-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022

“TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransı keçirildi

07-02-2022

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə