Previous Next
Bağla

Tələbələr üçün “AzTU İT Community Meet Up" görüşü keçiriləcək

06-06-2026 09:22
Tələbələr üçün “AzTU İT Community Meet Up" görüşü keçiriləcək

Azərbaycan Texniki Universiteti İnkubasiya Mərkəzində tələbələr üçün “AzTU İT Community Meet Up #1” adlı görüş təşkil olunacaq.

Xeberler.az məlumat verir ki, iyunun 18-də saat 17:00-da keçiriləcək tədbirin məqsədi universitetdə informasiya texnologiyalarına maraq göstərən və bu sahədə aktiv fəaliyyət göstərən tələbələri bir araya gətirmək, onları İnkubasiya Mərkəzinin imkanları ilə tanış etmək və gələcək layihələr, hakatonlar, təlimlər və startap təşəbbüsləri üçün davamlı İT icması formalaşdırmaqdır.

Görüş proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik, data analitika, veb və mobil tətbiqlərin hazırlanması, UI/UX dizayn, robototexnika və digər texnologiya istiqamətlərinə marağı olan tələbələr üçün nəzərdə tutulub.

Tədbir çərçivəsində iştirakçılara AzTU İnkubasiya Mərkəzinin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar, həyata keçiriləcək layihələr, hakatonlar, təlim proqramları və startap təşəbbüsləri barədə ətraflı məlumat veriləcək.

Bununla yanaşı, İT sahəsində komanda qurmaq, yeni ideyalar formalaşdırmaq və universitet daxilində texnologiya yönümlü icmanın inkişafına töhfə vermək istəyən tələbələrlə müzakirələr aparılacaq.

Təşkilatçılar bildirirlər ki, görüş universitetdə fəaliyyət göstərən texnologiya həvəskarlarının şəbəkələşməsi, təcrübə mübadiləsi aparması və yeni əməkdaşlıq imkanları yaratması üçün platforma rolunu oynayacaq.

Tədbirin detalları:

  • Tarix: 18 iyun 2026
  • Saat: 17:00
  • Məkan: AzTU İnkubasiya Mərkəzi

Qeydiyyat üçün: Qeydiyyat forması

İT sahəsində çalışan, könüllü fəaliyyət göstərən və texnoloji layihələrdə aktiv iştirak etmək istəyən bütün tələbələr görüşə dəvət olunur.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

“Game Summit 2026” tədbiri keçiriləcək

21-04-2026

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

11-05-2026

AzTU-da DISC laboratoriyası fəaliyyətə başlayıb

04-12-2025

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025

FIDO2 və Passkey Texnologiyalarına həsr olunmuş seminar keçirilib

26-12-2025

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək!

28-11-2025

AzTu-da “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib

09-05-2026

AzTU-da İnnovasiya və Dayanıqlılıq Laboratoriyası istifadəyə verilib

01-12-2025

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

AzTU İnkubasiya Mərkəzində Startap Günləri keçiriləcək

20-11-2025

“Nar” yerli İT mütəxəssislərini yetişdirir

09-06-2023

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

01-11-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026

AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I yeri qazanıb

05-05-2026

 “Crypto Meetup” keçiriləcək

22-04-2026

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

AI dövründə stablecoin istifadəsinə həsr olunmuş görüş keçiriləcək

21-04-2026

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə