Çoxlarımız telefonda enerjinin uzunömürlü olmamasından, bəzilərimiz isə internet paketinin keyfiyyəti, tez bitməsindən şikayətlənirik.
Xeberler.az bu dəfə sizə bu problemləri müəyyən qədər azaltmağa kömək edəcək proqramları təqdim edir.
Facebook Lite

Bu proqram adi Facebook proqramından fərqli olaraq daha az məlumat və enerji sərf edir.
1 MB-dan daha az həcmi olan proqram sizə həm batareya, həm də internet paketinizə qənaət etməkdə kömək edəcək.
Chromer

Chrome-un tərkibində fəaliyyət göstərən bu proqramla internetə daxil olduğunuzda digər proqramları bağlamanıza ehtiyac qalmayacaq.
Məsələn, WhatsApp vasitəsilə göndərilən bir linkə daxil olduğunuzda başqa bir pəncərə açılmayacaq. Proqramın daxilində həmin informasiyaya baxmaq mümkün olacaq.Bununlada internet paketdən qənaətli istifadə etmiş olursunuz.
IF

Etmək istədiyiniz hər bir fəaliyyət üçün IF proqramı çox əlverişlidir. Məsələn, Instagram şəkilinizi dəyişdirdikdə, bu şəklin Facebook şəkli olmasını istəsəniz, bunu sizin yerinizə IF edəcək. Bununla da siz internet paketinizə qənaət etmiş olacaqsınız.
Doze

Bu proqram vasitəsilə siz uzunmüddətli batareyaya sahib ola biləcəksiniz. Telefonunuz yuxu rejimində olanda arxa hissədə işləyən proqramların fəaliyyətini dayandıran proqram batareya istifadəsini minimum səviyyəyə salacaq.
Lakin bu proqram yalnız Android platformasında mövcuddur.
Opera Mini

Ağıllı telefonlar üçün Opera Mini brauzer çox əlverişlidir. Telefonların əksəriyyətində istifadə olunan dünyanın ən məşhur web brauzerlərindən biridir. Özünəməxsus texnologiyası ilə internetə daha sürətli və ucuz daxil olmağınıza kömək edir.
Sevinc Əsədova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları