Dekabrın 16-da Bakıda Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada yerləşən Terrorçuluğa Qarşı Müdafiə üzrə Mükəmməllik Mərkəzi (TQMMM) tərəfindən “Terrorçuların kiberməkandan istifadəsi – ümumi yanaşma” mövzusunda təlim kursuna başlanılıb.
Xeberler.az məlumat verir ki, dekabrın 20-dək davam edəcək təlimlərdə ölkəmizin müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Kurs çərçivəsində terrorçuluğun asimmetrik təhdid qismində beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhlükələr, müasir texnologiyaların yaranması fonunda terrorçuluq fəaliyyətinin meydana çıxan yeni növləri, o cümlədən kiberterrorçuluğa qarşı mübarizə tədbirləri müzakirə olunacaq.
Təlim kursunda iştirakçılar, həmçinin terrorçuların kiberməkandan istifadəsi ilə əlaqədar yaranan təhdidlər, terror aktlarının həyata keçirilməsi məqsədilə kiberməkandan istifadə olunması metodları, terrorçuların kiberməkandan istifadəsinə qarşı mübarizədə milli və beynəlxalq səviyyədə atılan addımlar, habelə digər məsələlər barədə məlumatlandırılacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri