Previous Next
Bağla

Texnoloji inkişaf: itirdiklərimiz və qazandıqlarımız

05-03-2013 22:50
Texnoloji inkişaf: itirdiklərimiz və qazandıqlarımız
Ancaq bu texnologiyaların bəzilərinin bizə necə faydalı olduğunu bildiyimiz halda, bəzilərinin də necə zərərli olduğunu bilmək istəmirik.
 
Xəbərlər-in verdiyi məlumata görə, yeni texnologiyalar içərisində, demək olar ki, hər kəsin istifadə etdiyi soyuducu, paltaryuyan maşın, qabyuyan maşın və digərləri işlərimizi asanlaşdırır. Təbii ki, əvvəllər bütün bu işlərin insan əli ilə görüldüyünü, ancaq indi bu işləri texnologiyaların görüb, bizə xeyli güc və vaxt qazandırdığını nəzərə alsaq, bunların hamısı çox gözəl bir haldır. Lakin buradan “qalan” gücünü və vaxtını faydalı işlərə sərf etmək əvəzinə, faydasız işlərlə keçirənlər, işini texnologiyaya həvalə edib, vaxtını televizor qarşısında, kompüter arxasında və s. “öldürən”lər isə başqa bir müzakirə mövzusudur.
 
Gələk digər texnoloji vasitələrə. Hər şeydən əvvəl deyək ki, haqqında danışacağımız texnologiyalar, məsələn, televizor, kompüter, telefon və digərləri, demək olar ki, kiçikdən böyüyə qədər, hər kəsə səmərəli istifadə edildiyi təqdirdə, böyük faydaları olan “olmazsa olmaz” texnologiyalarıdır.
 
Amma “əsrimiz texnologiya əsridir” deyib, özümüz, ailəmiz, uşaqlarımız ən son texnologiyalardan istifadə edərkən onların nə kimi faydaları olduğunu araşdırdığımız kimi, nə kimi zərərləri olduğunu da araşdırmalıyıq. Çünki ətrafımıza baxsaq, bir çox insanların bundan xəbərsiz olduğunu asanlıqla görə bilərik. Üstəlik, texnologiyanın fiziki zərərlərini bilməyən, bunların qarşısını almağa cəhd göstərməyən insanlardan isə onların mənəvi zərərləri barədə soruşmaq əbəsdir.
 
Maraqlıdır, görəsən, televizor, kompüter, telefon və s. kimi texnologiyalardan istifadə edən insanlardan neçə faizi onlardan hansı məqsədlərlə istifadə edəcəklərini tam dəqiqləşdirdikdən sonra onları əldə etməyə çalışır? Yoxsa, onlar da bu texnologiyaları alarkən “hər kəsdə var, məndə də olsun” düşüncəsi ilə hərəkət etməyə üstünlük verirlər? Təəssüf ki, çoxlarımız bu texnologiyalardan nə üçün istifadə edəcəyimizi əvvəlcədən araşdırmır, hətta araşdırsaq belə, onu əldə etdikdən sonra əvvəlcədən müəyyən etdiyimiz məqsədlər üzrə istifadə etmirik.
 
Əlbəttə ki, mən bununla televizoru, kompüteri və ya telefonu kəşf edənləri, onları istehsal və inkişaf etdirənləri tənqid etmirəm. Bənzətmə aparsaq, hal-hazırda bıçaq istehsal edənlər onu cinayət məqsədi ilə istehsal etmədikləri kimi, kompyuter istehsalçıları da onu insanların ədəbini, əxlaqını, vaxtını, sağlamlığını və s. itirmələri üçün istehsal etmirlər. Çünki siz bıçağı nə qədər yaxşı niyyətlə alsanız da, onu oynasın deyə uşaqlarınıza versəniz, əllərini kəsəcək, uyğun olmayan yerə qoysanız, ayağınızı yaralayacaq. Deməli, hər şeyin öz məqsədi, öz yeri olmalıdır.
 
Sizə elə gəlmirmi ki, uşaqlarınızı sevdiyiniz üçün, ya da onlar sizi sevsin deyə aldığınız dəbdəbəli kompüterlər və ya dəbdəbəli telefonlar bıçaq kimi onların ağıllarını “yaralaya” bilər, qəlblərini zədələyə bilər? Uşaqların və ya gənclərin daha çox oyuna, əyləncəyə meyilli olduqlarını nəzərə alsaq, onların nəzarətsiz qalacaqları halda, bu texnologiyalardan hansı məqsədlə istifadə edəcəkləri məlumdur. Halbuki elə ilk baxışdan çox ciddi nəzarət tələb edən bu məsələdə böyük boşluqların olduğunu görmək o qədər də çətin deyil. Bu boşluqların başlıca səbəblərindən biri isə valideynlərin uşaqlarının kompyuter arxasında keçirdikləri vaxtdan, hətta onların istifadə etdikləri internet səhifələrindən xəbərsiz olmalarıdır. Halbuki günümüzdə bir çox ailələr “uşağım dizimin dibində olsun” deyəndə, həmçinin evdə darıxmasınlar deyə, televizor və kompüter arxasında oturdanda sonunu nəzərə almırlar. Təbii ki, onlar kompüterdə və televizorda göstərilənlərin gənclərin, xüsusilə də uşaqların təmiz beyinlərinə olduğu kimi yazıldığını və sonralar bu “yazı”ların onları istiqamətləndirdiyini də bilmək istəmirlər...
 
Yəqin ki, kompyuter arxasında, televizor qarşısında (və ya telefonla) vaxt keçirən gənclərdə dostluq anlayışının çox zəif olduğunu və əgər varsa, dostları ilə canlı ünsiyyət əvəzinə, rəqəmsal ünsiyyət qurmağa üstünlük verdiklərini, üstəlik, əgər varsa, oyuna olan həvəslərini kompyuterlə təmin etdiklərini və s. çox eşitmisiniz. Bu problemlər həqiqətən var və hər birimiz bu problemlərlə qarşılaşırıq. Bu deyilənləri nəzərə alsaq, bu gənclərin gələcəkdə cəmiyyət arasında özlərinə yer tapa bilməyəcəklərini və robotdan fərqlənməyəcəklərini anlamaq çox da çətin deyil. Bunlar insanlığa böyük zərbələr vuran və insanları insanlıqdan uzaqlaşdıran problemlərdir. Aşağıda bəhs edəcəyim bir hadisə isə yuxarıda bəhs etdiyim problemlərə çox ibrətli bir misaldır...
 
Bir neçə ay bundan əvvəl televiziya, radio və qəzetlər böyük heyrətlə xəbər yaydılar ki, Çində bir ailədə körpə uşaq aclıqdan dünyasını dəyişib. Buna səbəb isə ata və ananın saatlarla kompyuter qarşısından qalxmamaları, daha doğrusu, saatlarla kompyuterdə oyun oynamaları olub. Nə qədər dəhşətli bir hadisədir deyilmi? Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, ailələrə “Uşaqlarınızın televizordan, kompüterdən, telefondan istifadəsinə diqqət yetirin!” deyə xəbərdarlıq etmək kifayət deyil. Çünki birisi ailəsinə kompyuteri tamamilə qadağan etdiyi halda, digəri isə saatlarla kompyuter arxasında oturmasına göz yumur. Təbii ki, bütün bu dediklərimiz bədbinlikdən irəli gəlmir və ya sizi ümidsizliyə sövq etmək niyyətimiz yoxdur. Niyyətimiz, sadəcə olaraq, müasir ailələrin texnologiya ilə bağlı problemlərini üzə çıxarmaq və bu problemlərin həlli yollarını axtarmaqdır. Ona görə də elə indidən bu problemlər barədə ciddi müzakirələr aparmağa və hətta yaxın və uzaq gələcək üçün xüsusi proqramların hazırlanmasına ciddi ehtiyac var.
 
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019

“Bəzilərinin İnternetdə yazdıqlarına imza qoymağa gücü çatmır”

24-07-2015

Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

19-03-2020

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

“Texnologiyanın inkişafı tibb elmində böyük rol oynayır”- Müsahibə

22-09-2015

“Uğurları çox olan şagirdlərlə bağlı sosial şəbəkələrdən məlumat alırıq”

14-04-2016

Texnologiyaların uşaqlara təsiri

07-04-2015

Kompüter zərərlərindən qorunmağın yolları

14-12-2015

“Facebook-da müsahibə vermək çox asandır”

07-07-2015

İnternetin mədəniyyətə və təhsilə təsiri

30-08-2010

Bill Gates: “Övladlarıma 14 yaşa qədər mobil telefon almadım”

24-04-2017

“Bəzi kişilər kimi Facebook-da hər dəqiqə şəkil paylaşmıram”

26-05-2015

Kaspersky: Hər iki nəfərdən biri insanların implant və ya çipdən istifadəsinə normal baxır

23-03-2021

Kompyuter klaviaturasında 10 milyonadək bakteriya olur

08-11-2010

“Texnologiya olmasa sənətimdə boşluq yaranar” - Rubrika

29-04-2015

“Qadın-kişi münasibətlərində virtual tanışlığa ciddi yanaşmaq lazımdır”

11-06-2015

“Valideynin texnologiyadan anlayışsız olması fəlakətdir”- MÜSAHİBƏ

10-04-2015

Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları xəbərdar edib

30-08-2019

Ağıllı telefonlar vasitəsilə hökümətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkündürmü?

06-03-2019

Texnologiyalar əhvalımıza uyğun davranacaqlar

17-05-2015

Xaricilər və dünya azərbaycanlıları hansı sosial mediaya üstünlük verir?

23-06-2015

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

08-07-2019

Mobil telefonu niyə dəyişdiririk?

13-03-2013

“Hər bir qadın uğurunun arxasında onu anlayan və dəstəkləyən kişi dayanır”

07-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə