Previous Next
Bağla

Kompüter zərərlərindən qorunmağın yolları

14-12-2015 12:00
Kompüter zərərlərindən qorunmağın yolları

Fərdi kompüterlərin evlərə ilk daxil olmağa başladığı vaxtlarda hər kəs kompüterlə birlikdə kaktus da alırdı. Çünki belə bir fikir var idi, kompüterlər şüalanma yayır və kompüterin yaxınlığındakı kaktus bu şüaları udaraq bizi təhlükədən qoruyur. Artıq bir çox ev, ofisdə kompüterlər olsa da, kaktuslara çox da rast gəlmək olmur. Lakin bu o demək deyil ki, kompüterlərin insan sağlamlığına zərəri toxuna bilməz.

Kompüterlərdən istifadənin insan sağlamlığına bir sıra zərərləri ola bilər. Bu təhlükələr və onlardan qorunma yollarını təqdim edirik:

Şüalanma təhlükəsi

Ölkəmizdə insanların təkcə kompüterlər yox, bir sıra müasir texnoloji avadanlıqlarla bağlı əsas qorxusu şüalanmadır. Bəli, kompüterlər müəyyən şüalanmanın yayılmasına səbəb olurlar. Lakin indiyənədək aparılmış araşdırmalarda kompüterlərdən yayılan şüaların insan sağlamlığı üçün təhlükə törətməsi faktına rast gəlinməyib.

Yeni texnologiyaların kütləvi istehsalına icazə verilməsi üçün müəyyən sınaqlar keçirilir, onların təhlükəsizliyi qiymətləndirilir və sertifikatlarla təmin edilir. Həmçinin bütün dünyada texnoloji avadanlıqlar idxal edilərkən onların bir sıra tələblərə cavab verməsinə, sertifikatlarla təmin olunmasına dövlət qurumları nəzarət edir.

Hərəkət və dayaq sistemi üçün təhlükələr

Aktiv kompüter istifadəçiləri ən çox kürək, sinə, boyun, çiyin, qol və ayaq ağrılarından şikayət edir. Bunun əsas səbəbi isə kompüterin qarşısında düzgün qaydada əyləşməmək və düzgün istifadə etməməkdir.

Kompüterin qarşısında əyləşərkən qaməti düz saxlamaq lazımdır. Monitor göz səviyyəsində və ya ondan bir az aşağıda nizamlanmalıdır. Kompüterdən istifadə üçün nəzərdə tutulmuş kreslolardan istifadə etmək olduqca faydalıdır. Adətən bu cür kresloların hündürlüyü və arxalığını tənzimləmək mümkün olur. Beləliklə, kreslonu ayaqlarınız rahat yerləşəcəyi və qamətinizi düz saxlamağa kömək edəcəyi vəziyyətə gətirə bilərsiniz. Həmçinin bu cür kresloların kənarlarında dirsəklənməyə imkan verən qoltuqlar da olur.

Əgər masanın hündürlüyünü tənzimləmək mümkün deyilsə, onda klaviautarını dirsəklərin rahat olacağı hündürlükdə yerləşdirmək lazımdır. Klaviatura sizin tam qarşınızda yerləşməlidir. Siçanla(maus) klaviatura eyni səviyyədə olmalı və siçan klaviaturaya yaxın olmalıdır.

Kompüterdən uzun müddət istifadə etdikdə əl və qol əzələ və oynaqlarında ağrılar yarana bilir. Bunların qarşısını almaq üçün əvvəla siçandan istifadə edərkən onu biləyinizlə yox, bütün qolunuzla hərəkət etdirin və düymələrini yüngülcə sıxın. Yazarkən düymələrə basmaq üçün böyük güc sərf etməyin, daha yüngül toxunuşlarla yazın.

Əzələ və oynaqlarda ağrıların yaranmaması üçün bunlarla yanaşı iş zamanı kiçik fasilələr etmək, kreslodan qalxıb hərəkət etmək də lazımdır.

Göz yorğunluğu

Kompüterdən uzun müddət istifadə etmək gözlər üçün yorucu olur. Bunun qarşısını almaq üçün də bir sıra yollar var.

Əvvəla pəncərədən düşən işığın birbaşa üzünüzə və ya ekrana düşməməsinə diqqət edin. Monitoru göz səviyyəsində və ya bir az aşağıda nizamlayın. Ekranın təzadlılıq, parlaqlıq kimi tənzimləmələrini özünüzə uyğun nizamlayın. Ekranın üzünüzə çox yaxın olmamasını təmin edin. İş müddətində qısa fasilələr edib gözlərinizi ekrandan ayırın.

Ən əsası isə mütəmadi olaraq gözlərinizi müayinə etdirməyi unutmayın. Bu, xüsusilə, görməkdə çətinlik yaşayan və optik eynək və ya linzadan istifadə edənlər üçün çox vacibdir.

Bu cür kiçik tədbirləri həyata keçirməklə öz sağlamlığınızı qoruya və gələcəkdə səhhətinizlə bağlı yarana biləcək ciddi problemlərdən yayına bilərsiniz.

 

Murad Məmmədzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

Türkmənistan Asiya ölkələrinə kompüter ixrac edəcək

10-09-2019
WhatsApp istifadəçiləri üçün möhtəşəm xəbər

WhatsApp istifadəçiləri üçün möhtəşəm xəbər

07-01-2015
Google "barmaq kompüter" istehsal edəcək

Google "barmaq kompüter" istehsal edəcək

06-04-2015
Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter istifadəyə verilib

Adi kompüterdən 100 milyon dəfə sürətli kompüter istifadəyə verilib

11-12-2015
Windows 10 kompüteri avtomatik bağlayacaq

Windows 10 kompüteri avtomatik bağlayacaq

13-01-2017
“Mobil İnternet fərdi kompüterlərdən istifadəni azaltmır”

“Mobil İnternet fərdi kompüterlərdən istifadəni azaltmır”

01-06-2015
Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

04-02-2025
Əksər kompüterlərə müdaxilə üsulu bəlli olub

Əksər kompüterlərə müdaxilə üsulu bəlli olub

18-09-2018
Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

03-08-2015
Məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək

Məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək

02-03-2015
İlk kvant süni həyat yaradılıb

İlk kvant süni həyat yaradılıb

08-10-2018
Qlobal fərdi kompüter bazarında artım olacaq

Qlobal fərdi kompüter bazarında artım olacaq

18-10-2017
Su ilə işləyən ilk kompüter

Su ilə işləyən ilk kompüter

30-11-2016
Ev təsərrüfatlarında olan stolüstü kompüterlərin sayı azalıb

Ev təsərrüfatlarında olan stolüstü kompüterlərin sayı azalıb

06-09-2025
"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020
Klaviatura formasında açılıb-bağlanan kompüter- Video

Klaviatura formasında açılıb-bağlanan kompüter- Video

23-04-2016
İnternet istifadəçilərinin sayı artıb

İnternet istifadəçilərinin sayı artıb

27-03-2012
Dövlət Xidməti 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanı ifşa edib

Dövlət Xidməti 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanı ifşa edib

05-12-2024
Yeni nəsil kiçik personal kompüterlər

Yeni nəsil kiçik personal kompüterlər

19-05-2015
Sürətli açılış sistemləri

Sürətli açılış sistemləri

27-07-2009
HP şirkəti Rusiyada kompüter zavodunun fəaliyyətini dayandırdı

HP şirkəti Rusiyada kompüter zavodunun fəaliyyətini dayandırdı

29-07-2015
Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

09-12-2015
İlk maus bu gün yaradılıb

İlk maus bu gün yaradılıb

09-12-2016
Məktəblilərə mikro kompüter paylanılacaq

Məktəblilərə mikro kompüter paylanılacaq

07-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə