Ağıllı kompüterlər, mobil telefonlar, televizorlar, hətta avtomobillər gün keçdikcə dəyişir.Getdikcə bu texnologiyaların həyatımızdakı rolu artmağa başlayır. Lakin texnologiya istehsalçıları gələcəyi tam başqa təsəvvür edirlər. Buna görə 2030-cu il və sonrası üçün texnologiyanı tam fərqli etməyi qərarlaşdırırlar. Günümüzdə insanlar tərəfindən düzəldilən robotlar bir çox işləri etməyi bacarır. Robotların bir çatışmayan cəhəti var : duyğusallıq.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, “Affective Computing” adı ilə tanınan bir çox araşdırma şirkəti kompüterləri insan duyğularını qəbul edən və qarşılıq verə bilən hala gətirməyə çalışır.Bunun üçün insanlaın üz ifadələri, səs tonu, hərəkətləri izlənərək müəyyən çərçivəyə salınır.
Mütəxəssislər bu məlumatları əldə etdikdən sonra cihazların insan duyğularına uyğun reaksiya verəbiləcəyini və sonsuz sayda xidmət inkişaf etdirməyi düşünürlər.
Məsələn, ağıllı ev tətbiqi keyfiniz yaxşı olduğunu başa düşən kimi ən sevdiyiniz şən musiqini səsləndirməyə başlayacaq. Keyfiniz pis olduqda isə tam səssiz mühit yaradılacaq. Tıxacda avtomobiliniz sizin hirsli olduğunuzu başa düşür və digər avtomobilləri xəbərdar etmək üçün rəngini dəyişəcək.
Gələcəkdə istehsal olunacaq cihazların insan duyğularını daha rahat başa düşmələri üçün qolbaqlardan istifadə olunacaq. Qolbaqlar istifadəçinin nəbzi və bədən hərarəti kimi məlumatlardan istifadə edərək duyğusal vəziyyətini öyrənə biləcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri