Previous Next
Bağla

YTP-nin Elm və Təhsil Nazirliyinə verilməsi işləri fevralda yekunlaşacaq

06-02-2023 15:51

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində olmuş “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı işlər bu ayın sonunacan yekunlaşacaq.

Xeberler.az məlumat verir ki, bunu bu gün YTP-nin rəhbərliyi ilə rezident müəssisələrin nümayəndələri arasında keçirilən görüşdə MMC-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov deyib.

V.Abbasovun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd texnopark və rezidentlərlə bağlı qanunvericilik aktlarında bəzi dəyişiklərlə tanışlıq və qarşıda duran problemlərin müzakirəsi olub.

Rəhbərlik etdiyi texnopark tərəfindən rezidentlərə hər zaman böyük dəstək göstərildiyini deyən V. Abbasov onların sağlam mühitdə sahibkarlıq fəaliyyətini icra etmələri üçün zəruri şərait və mühitin yaradıldığı qeyd edib.

Daha sonra texnoparkın baş mühəndisi Rahim Heydərov son dövrlərdə aparılan infrastruktur işlərindən bəhs edib. Onun sözlərinə görə, əraziyə 600 metr məsafədə yeni su və kanalizasiya xətləri, həmçinin 560 metr məsafədən yeni su xətti çəkilib, eyni yol infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib, o cümlədən ağır tonnajlı yük avtomobilləri üçün tərəzi keçən ilin son aylarından etibarən istismara verilib.

Tədbirdə YTP-nin icraçı direktoru Zaur Nəhmətov rezident müəssisələrin fəaliyyətlərindən danışaraq, yaxın günlərdə tikintiyə dair icazələrin alınacağını, iki rezident müəssisənin tikinti layihə sənədlərinin isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edildiyini bildirib. Eyni zamanda, rezident müəssisə rəhbərlərinə texniki və əmək təhlükəsizlik qaydalarına ciddi riayət olunması və müntəzəm nəzarətin aparılması tövsiyə olunub.

YTP-nin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nigar Mirbabayeva Azərbaycan Prezidenti İlham Əliyevin sənaye və texnologiyalar parkı ilə bağlı cari ildə imzaladığı mühüm fərmanlar barədə məlumat verib. “Gömrük tarifi haqqında” Qanuna edilmiş dəyişikliklər, o cümlədən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya əsasən texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxslərin də texnologiya parkının rezidenti sayılması və onlara veriləcək imtiyazlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda müzakirələr aparılıb, rezident müəssisələrin rəhbərlərinin təklif və problemləri dinlənilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 28 iyul 2022-ci il tarixində AMEA-nın tərkibində olan bir sıra müəssisələrin, o cümlədən “Yüksək Texnologiyalar Parkı” MMC-nin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı fərman imzalayıb.

Report

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019
Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023
Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022
Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022
ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?

ETN-nin Yüksək Texnologiyalar Parkı SABAH.HUB-a veriləcəkmi ?

09-12-2023
YTP-də yeni təyinatlar olub

YTP-də yeni təyinatlar olub

15-01-2020
YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023
Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022
AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

03-12-2020
Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022
Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

Pirallahı YTP-da kompüter avadanlıqları istehsalı üçün şərait yaradılacaq

11-06-2015
Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

27-05-2022
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi

26-11-2024
YTP məhsulları Azexport-la ixrac olunacaq

YTP məhsulları Azexport-la ixrac olunacaq

16-04-2018
Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019
YTP rezidentlərin sayını artıracaq

YTP rezidentlərin sayını artıracaq

06-01-2021
“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025
Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

04-07-2022
Yüksək Texnologiyalar Parkında yeni təhsil layihələri yaradılır

Yüksək Texnologiyalar Parkında yeni təhsil layihələri yaradılır

08-06-2015
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024
YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021
AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

06-05-2022
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017
Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

02-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə