“Tibbdə İnternet” Beynəlxalq konqresi
15-18 oktyabr 2008-ci il tarixində Sank-Peterburqda “Tibbdə İnternet” ilə bağlı VIII Beynəlxalq konqres (MedNet—2008) keçiriləcək. Rusiya ilk dəfədir ki, tibb sahəsində mobil texnologiyaların istifadəsinə aid bu böyük forumu qəbul edir.
Konqresin məqsədi, tibbi yardımın keyfiyyətinin artması, həkim səhvlərinin azalması, ucqar yerlərdə yaşayanların tibbi müayinələrdən keçirilməsi və xəstələrin müalicəsində qlobal şəbəkənin istifadə olunmasıdır. Həmçinin, konqres veb-səhifələrin işçiləri ilə tibb sahəsinin peşəkarlarınnın güclərinin birləşməsinə böyük diqqət ayıracaq. Tibbi informasiyaların yayılması, xəstəliklər haqda elektron söhbətlərin yaradılmasına əhəmiyyət veriləcək.
Konqresin işində Qərbi Avropadan, Amerikadan, Asiyadan olan 100-dən çox həkim və peşəkarlar iştirak edəcəklər. Rusiyadan da 150 nümayəndənin cəlb olunması gözlənilir. Təşkilatçılar Amsterdamda olan “Tibbdə İnternet” Beynəlxalq Cəmiyyəti, İ.P.Pavlov adına Sank-peterburq Dövlət Tibb Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.P.Pavlov adına Fiziologiya institutu, Tibbi İnformasiya Texnologiyalarının İnkişafı Assosiasiyasıdır.