Previous Next
Bağla

Azərbaycan və Qazaxıstan rəqəmsal telekommunikasiya dəhlizi yaradır

19-11-2019 18:34
Azərbaycan və Qazaxıstan rəqəmsal telekommunikasiya dəhlizi yaradır

Qazaxıstanın baş naziri Askar Mamin və Azərbaycanın Baş Naziri Əli Əsədov "TransCaspian Fiber Optic" (TCFO) layihəsinin - Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin (FOCL) inşasına başlanması səbəbilə Aktau şəhərində keçirilən təntənəli mərasimdə iştirak ediblər.

Xeberler.az bildirir ki, bu barədə  Qazaxıstan baş nazirinin saytı məlumat verib.

Qitələrarası layihə olan TCFO Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradacaq. Xəzər dənizinin dibi ilə 380-400 km uzunluğunda kabel çəkilməsi işləri "Transtelecom", "KazTransCom" və Azərbaycanın rabitə operatoru "AzerTelecom" tərəfindən həyata keçiriləcək. FOCL 2021-ci ilin sonunadək istifadəyə veriləcək və o, azı 4-6 terabit/san məlumat ötürücülüyü qabiliyyətinə malik olacaq.

"Azərbaycan Qazaxıstanın strateji tərəfdaşıdır. Dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri Qazaxıstanın ilk Prezidenti - Elbası Nursultan Nazarbayev, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və sonradan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Elbasının xarici siyasət kursunu davam etdirərək Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin və dərinləşməsinin xüsusi önəm verir", - A.Mamin deyib.

Qazaxıstan hökumətinin başçısı qeyd edib ki, TCFO birgə layihəsi yüksəksürətli və təhlükəsiz məlumat ötürülməsi infrastrukturunun daha da yüksək inkişaf səviyyəsinə çatmağa, aparıcı Avropa-Asiya magistral marşrutları sırasına daxil olmağa və məlumat ötürülməsi sahəsində dünyada layiqli yer tutmağa imkan verəcək.

A.Mamin və Ə.Əsədov iki ölkə arasında ticar-iqtisadi, investisiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik və mədəni-humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fiber-optik rabitə xətlərinin tikintisi 2022-ci ilədək başa çatacaq

17-09-2019

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb

22-10-2025

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Xəzərin dibi ilə optik kabelin çəkilişi ilin sonunadək başa çatacaq

06-01-2026

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Prezident: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

15-05-2026

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

Robot prezidentlərə fiber-optik xətti barədə məlumat verib

21-10-2025

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Gələn il "Transxəzər Fiber-Optik Rabitə Xətti" işə salına bilər

26-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə