Previous Next
Bağla

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023 13:36
Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə “TEKNOFEST” keçiriləcək.

Xeberler.az məlumat verir ki, təkcə Türkiyənin deyil, dünyanın ən böyük kosmos, aviasiya, elm və texnologiya festivalı olan “TEKNOFEST” 30 avqust - 3 sentyabrda Ankarada təşkil ediləcək.

TEKNOFEST səyahətinə İstanbuldan sonra Ankara və İzmirlə davam edəcək. Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin 3 böyük şəhərində keçirilməsi planlaşdırılan festivalın ikinci dayanacağı paytaxt Ankara olacaq. Festival 27 sentyabr-1 oktyabrda isə İzmirdə keçiriləcək.

Milyonlarla insanı bir araya gətirən “TEKNOFEST” şövq və həyəcanı bir daha Ankara və İzmir səmalarına daşıyacaq. Hər iki şəhərdə texnologiya yarışmaları, təşəbbüs proqramları, hava şouları, mükafatlandırma mərasimləri, elmi şoular, maarifləndirici seminarlar, sərgilər, səhnə oyunları, uşaqlar üçün xüsusi uçuş təcrübələri ziyarətçilərə macəra yaşadacaq.

Festival Ankaranın Etimesgut hava limanında və İzmirin Çiğli hava limanında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.

2018-ci ildə təşkil olunmağa başladığı gündən etibarən “TEKNOFEST” hər il iştirakçı sayına görə rekord qırıb. Ölkənin milli texnologiya ekosistemində mühüm rol oynayan nazirliklər, sədrliklər, dövlət və özəl sektor təşkilatları, akademik qurumlar və media şirkətləri daxil olmaqla, 117 qurumun iştirakı ilə keçirilən “TEKNOFEST 2023” İstanbulda bu il 130 iştirakçı və 19 sponsor şirkət iştirak edib.

Festival çərçivəsində milli texnologiya istehsalı və inkişafı sahələrində çalışan minlərlə gəncin layihələrini dəstəkləmək üçün təşkil edilən texnologiya yarışmaları 41 əsas yarışma və 102 fərqli kateqoriyada keçirilib. “TEKNOFEST Türkiyə–2023” çərçivəsində yarışmaların final mərhələsinə 100-dən çox tələbənin iştirak etdiyi 16 Azərbaycan komandası vəsiqə qazanıb. Gənclərə 13 milyon lirədən çox mükafat, 30 milyon lirədən çox maddi dəstək verilib. Yarışlarda yer alan gənclər “TEKNOFEST” səhnəsində mükafatlarını alıblar.

Xatırladaq ki, mütəmadi olaraq İstanbulda keçirilən “TEKNOFEST” 26-29 may 2022-ci il tarixlərində ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilərək bir ilkə imza atıb.

Ötən aprel və may aylarında İstanbulda keçirilən texnologiya festivalına 2,5 milyondan çox insan qatılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İstanbulda növbəti TEKNOFEST-ə start verilib

17-09-2025

TEKNOFEST-2023 başa çatıb, bu il festivalı 4,6 milyon insan ziyarət edib

02-10-2023

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

27-08-2021

TEKNOFEST-də Azərbaycanın “Laçın” hücum təyyarəsi nümayiş etdirilir - FOTOLAR

30-08-2023

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

“Teknofest İzmir” zəlzələ səbəbindən ertələnib

17-02-2023

Ərdoğan: "Artıq “TEKNOFEST" öz sahəsində brendə çevrilib”

29-04-2023

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025

“TEKNOFEST KKTC 2025” müsabiqəsinə müraciətlər başlayıb

10-01-2025

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

“TEKNOFEST” Şuşada da keçirilə bilər

07-02-2022

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

19-09-2024

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

Selcuk Bayraktar: “TEKNOFEST” festivalına maraq rekord səviyyəyə çatıb

02-10-2024

“TEKNOFEST Azərbaycan” festivalı üçün təyyarə və vertolyatların sınaq uçuşları keçirilir  

23-05-2022

“TEKNOFEST-2024”lə bağlı infosessiya keçirilib.

27-01-2024

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı açıqlanıb

25-03-2025

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə