"Twitter" sosial şəbəkəsi mətni platformanın qaydalarını pozan, məşhur şəxslərin, siyasətçilərin tvitləri üçün özəl bildirimlər hazırlayıb.
Xeberler.az bildirir ki, bu haqda şirkətin rəsmi bloqunda məlumat yayılıb.
Yaradılan xüsusi funksiyada həmin tvitlərin silinməsi hədəflənmir. Amma onu atan şəxsə qaydaların pozulması ilə bağlı yerindəcə xəbərdarlıq göndəriləcək.
Yenilik konkret hesabları əhatə edəcək. Söhbət aşağıdakı şərtlərə cavab verən hesablardan gedir.
- Müəllif hökumət adamları və ya bu vəzifəyə namizəd;
- 100K abunəçisi olanlar;
- Müəyyən işarə ilə platforma tərəfindən təsdiq olunan hesablar.
Yenilik, yazılan tviti platformadan uzaqlaşdırmağa hesablanmayıb. Moderatorun fikrincə, ictimai əhəmiyyətə malik olan fikirlər, qaydalar pozulsa belə müzakirə üçün əlçatan olmalıdır. Ancaq işarələnmiş tvit platformada, eləcə də tövsiyə və "maraqlı" hissəsədə görünməyəcək.
Yeni qaydalar, adıçəkilən funksiyanın qəbulundan öncə paylaşılan tvitlərə təsir etməyəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri