Previous Next
Bağla

Yalan xəbərlə mübarizə mümkündürmü?

27-05-2019 11:22
Yalan xəbərlə mübarizə mümkündürmü?

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, internet şəbəkəsinin əhatə dairəsinin və sürətinin artması dünyanı yalan xəbərlər  - “fake news” axını ilə üz-üzə qoyub. Sosial şəbəkələrin informasiya daşıyıcılığında önə keçdiyi indiki mərhələdə bu axın getdikcə güclənməkdə, dövlətlərin, insanların həyatına daha sürətlə daxil olmaqdadır.

Müasir dünyamızda sıravi insanlardan tutmuş, dövlət rəhbərlərinə qədər - çox geniş təbəqələr yalan xəbərlərdən əziyyət çəkməkdədir. ABŞ kimi dünya nəhənginin prezidenti Donald Tramp böyük media orqanlarının yalançılığından gileylənirsə, sadə Azərbaycan vətəndaşı sosial şəbəkə istifadəçilərinin, ardınca isə İnternet xəbər resurslarının yaydıqları yalanların problemini yaşayır.

Qeyd edək ki, son 3-4 ildə müxtəlif internet platformaları tərəfindən yalan məlumatların yayılmasının qarşısının alınması üçün çoxsaylı tədbirlərə əl atılıb. Bu proses 2016-cı ildə ABŞ-da keçirilən president seçkilərindən sonra daha aktiv xarakter alıb.  Facebook, Google kimi nəhəng istifadəçi ordusu olan platformalar indinin özündə də yalan məlumatların yayılmasına qarşı mübarizə məqsədilə yeni-yeni proqramlar tətbiq etməkdədirlər. Lakin bu addımların effektiv nəticə verdiyini söyləmək mümkün deyil, şəbəkə istifadəçiləri saxta xəbərləri yaymaq üçün hər dəfə yeni üsullardan istifadə edirlər.

Xeberler.az bildirir ki, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərlinin “Yeni Müsavat”a dediyinə görə, yalan xəbər hazırkı dünyanın ən böyük problemlərindən biridir: “Feyknyus bu gün qlobal bir problemə çevrilib. Dünyanın hər yerində tüğyan edən prosesdir. Beynəlxalq media klublarının monitorinqi göstərib ki, bu gün inkişaf etmiş ölkələrdə sosial şəbəkələr üzərindən yayılan yalan xəbərlərin həcmi ümumu xəbərlərin 40 faizinə, inkişaf etməkdə olan ölkələrdə isə 60 faizinə bərabərdir. Yəni Avropa və ABŞ-da sosial şəbəkələr üzərindən yayılan məlumatların 40 faizi reallığı əks etdirmir. İndi görün, dünya yalan xəbərlərdən nə qədər böyük əziyyət çəkir”.

Yalan xəbərlə mübarizə hazırda bütün beynəlxalq təşkilatların gündəmindədir. M.Ələsgərli bildirir ki, BMT-dən tutmuş, ATƏT, Avropa Şurasının müxtəlif formatlarda təşkil etdikləri  müzakirələrdə bu məsələ ciddi şəkildə qoyulur: “Çox təəssüf ki, indiyədək elə bir model tapılmayıb ki, onu tətbiq etməklə yalan xəbərlərin yayılmasının qarşısı əhəmiyyətli şəkildə alına bilsin. Buna görə də müzakirələrin sonunda adətən ölkələrin özlərinə müraciət olunur ki, yalan xəbərlərlə mübarizədə hər kəs bacardığı vasitələri tətbiq etsin. Bu zaman əsas tövsiyə budur ki, həyata keçiriləcək tədbirlər ifadə azadlığını məhdudlaşdırmasın, amma mübarizə də aparılmalıdır”.

JuHİ rəhbərini sözlərinə görə, yalan xəbərlə mübarizədə 3 variant üzərində daha çox dayanılır: “Bunlardan birincisi, qanunvericliyə məhdudlaşdırıcı müddəaların daxil edilməsidir. Lakin bəzi ölkələrin bu sahədə atdığı addımlardan sonra bu variant məqbul hesab olunmamağa başlayıb. Belə ki, bir sıra ölkələrdə hazırlanan qanunverici bazanın analizi göstərib ki, tətbiq olunan sərt müddəalar insanların ifadə azadlığını kəskin şəkildə məhdudlaşdıracaq. Məsələn, Rusiyada hələ qəbul olunmasa da, sərt tədbirlərin əksini tapdığı layihə hazırlanıb. Buna görə də qanunvericiliyin sərtləşdirilməsi o qədər də məqbul sayılmır. İkinci mübarizə üsulu maarifləndirmə hesab olunur. Bir sıra Avropa ölkələrində orta məktəblərdə şagirdlərə informasiya ilə işləmək bacarıqları öyrədilir. Çox təəssüf ki, bu məsələdə Azərbaycan xeyli geridə qalır, ümid edirik ki, tezliklə xəbər nədir, yalan və doğru xəbəri necə ayırd etmək və sair istiqamətlərdə maarifləndirmə tədbirlərinə başlanacaq. Nəhayət, üçüncü variant - cəmiyyətin informasiya təminatında ənənəvi medianın əvvəlki  aparıcı rolunun bərpa olunmasıdır. Hesab olunur ki, informasiya istehsalı ilə peşəkarların məşğul olmasına şərait yaradılmalıdır. Belə ki, sosial şəbəkələrin genişlənməsi, populyarlaşması nəticəsində ənənəvi media dərin tənəzzülə məruz qalıb - reklam bazarı və gəlir mənbələrindən məhrum olub. Amma indi dünyada əks proses gedir. İnkişaf etmiş ölkələrdə belə qərara gəliblər  ki, xəbərin yalnız peşəkar informasiya mütəxəssisləri tərəfindən istehsalına şərait yaratmaq üçün ənənəvi mediaya dəstək verilməlidir. Bu məqsədlə yeni kampaniya başladılıb. Bu yaxınlarda beynəlxalq jurnalist təşkilatları Avropada xüsusi kampaniyaya başladılar. Bilirsiniz ki, bu il Avropa Parlamentinə seçkilər keçiriləcək. Jurnalist təşkilatları Avropa Parlamentinə namizədlərdən peşəkar medianın inkişafına dəstək məsələsini öz platformalarına salmaları xahiş olundu. Eyni zamanda Avropa dövlətlərinə müraciət olundu ki, ənənəvi medianın inkişafına dəstək versinlər, xüsusi proqramlar həyata keçirsinlər”.

M.Ələsgərli hesab edir ki, yalan xəbərlə əsas mübarizə peşəkar medianın inkişafı və yenidən xəbər məkanında aparıcı rolunu bərpa etməsinə yönəlməlidir: “Bu gün peşəkar media ciddi maddi problemlər yaşayır. Sosial medianın inkişafı peşəkar media orqanlarını reklam gəlirlərindən məhrum edib. Buna görə də beynəlxalq media təşkilatlarının dövlətlərə ünvanlanan müraciətində peşəkar medianın inkişafına yönəlik proqramların hazırlanaraq həyata keçirilməsi tövsiyə olunur”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Twitter bu paylaşımları qadağan etdi-Qərar

Twitter bu paylaşımları qadağan etdi-Qərar

22-02-2018
Medianın İnkişafı Agentliyi açıqlama yayıb

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

09-12-2024
“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

12-10-2023
MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

23-07-2025
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MEDİA birgə məlumat yayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MEDİA birgə məlumat yayıb

11-07-2024
MEDİA: Sosial mediada “deep fake” ilə hazırlanmış açıqlamalar yayılır

MEDİA: Sosial mediada “deep fake” ilə hazırlanmış açıqlamalar yayılır

28-07-2025
Internet andları və qarğışları :)))

Internet andları və qarğışları :)))

01-12-2008
Meta ABŞ-də məlumatların düzgünlüyünə nəzarəti dayandırıb

Meta ABŞ-də məlumatların düzgünlüyünə nəzarəti dayandırıb

07-04-2025
Facebook-dan jurnalistlər üçün yeni layihə

Facebook-dan jurnalistlər üçün yeni layihə

13-01-2017
Türkiyənin Sakarya müftisi chat haqqında danışdı

Türkiyənin Sakarya müftisi chat haqqında danışdı

09-12-2009
Medianın İnkişafı Agentliyi açıqlama yayıb

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

11-11-2024
Jurnalistlər sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib

Jurnalistlər sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib

04-09-2018
Seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video saxtadır

Seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video saxtadır

07-02-2024
MEDİA: Daxili işlər naziri adından saxta açıqlama yayılıb

MEDİA: Daxili işlər naziri adından saxta açıqlama yayılıb

22-07-2025
Rusiya "Google" xidmətinə də blok qoyur

Rusiya "Google" xidmətinə də blok qoyur

24-03-2022
Polis Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsi saxlayıb

Polis Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsi saxlayıb

12-09-2023
Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir

Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir

24-09-2024
Yeni media anlayışı. Yeni media və multimedia

Yeni media anlayışı. Yeni media və multimedia

00-00-0000
“TikTok” Rusiyada fəaliyyətini dayandırıb

“TikTok” Rusiyada fəaliyyətini dayandırıb

07-03-2022
Mesajlarda yalanı müəyyənləşdirə biləcəksiniz

Mesajlarda yalanı müəyyənləşdirə biləcəksiniz

23-10-2017
Yaqub Eyyubovun adından “deep fake” texnologiyası ilə açıqlama hazırlanıb

Yaqub Eyyubovun adından “deep fake” texnologiyası ilə açıqlama hazırlanıb

21-07-2025
“Onlayn medianın hüquqi bazası yaradılmalıdır”

“Onlayn medianın hüquqi bazası yaradılmalıdır”

07-09-2016
Medianın İnkişafı Agentliyi açıqlama yayıb

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

21-07-2025
WhatsApp-dan növbəti yenilik

WhatsApp-dan növbəti yenilik

06-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə