Previous Next
Bağla

Twitter-dən yeni şikayət sistemi

12-11-2014 21:20
Twitter-dən yeni şikayət sistemi

Twitter sosial şəbəkəsi təhqirə məruz qalan istifadəçilər üçün yeni şikayət sistemi yaradıb. 

Twitter əsasən qadın istifadəçilərə qarşı təhqirin aradan qaldırılması üçün xüsusi sistem yaratdığını açıqlayıb. Sosial şəbəkə bu qərarı "Women Action and the Media (wam)" qeyri-hökumət təşkilatı ilə birgə qəbul edib. 

Twitter yaratdığı tətbiqetmə sayəsində sosial şəbəkədə irqçiliyin, cinsi ayrı-seçkiliyin və qadınlara qarşı olan təhqirin azalacağını deyib. İstifadəçilər şikayətlərini WAM təşkilatına çatdıra biləcəklər. Sosial şəbəkə isə daha sonra bu şikayətlərin araşdırılmasını təmin edəcək. Təhqirə yol verən istifadəçini sosial şəbəkə cəzalandıracaq. Son zamanlar qadın istifadəçilərə qarşı olan təhqirlərin artıdğını qeyd edən Twitter rəsmiləri QHT-lərin onların hər bir addımına dəstək verəcəyini açıqlayıb. 

Mənbə: bizimyol.info

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə