Previous Next
Bağla

UNEC-də distant Çin dili kursları təşkil olunacaq

10-09-2019 10:44
UNEC-də distant Çin dili kursları təşkil olunacaq

Xeberler.az bildirir ki, Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC Ekstern Mərkəzi Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə başlayır.

Dərslər Heydər Əliyev Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə təşkil olunacaq. Peşəkar müəllimlər tərəfindən keçiriləcək dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1.5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək.

Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan Elementar səviyyəni bitirənlər təxminən 2000 sözə, 800 heroqlifə, 30-a yaxın qrammatik xüsusiyyətə və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq. Elementar
səviyyəni müvəffəqiyyətlə bitirənlər Çin dilində sadə fikir mübadiləsi aparmaq bacarığına malik olacaq.

Sənəd qəbulu elektron qaydada http://www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə həyata keçirilir. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda proqramda iştirak
etmək hüququnu qazanırlar. Proqram 23.09.2019-cu il tarixindən başlayaraq 3 ay müddətinə təşkil olunacaq.

Təlimlər işdən ayrılmadan distant formada təşkil ediləcək və ödənişlidir (ayı 60 manat). Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar Heydər Əliyev Fondu, UNEC və Konfutsi İnstitututunun birgə sertifikatı ilə təmin olunacaqlar. Əhalinin sosial cəhətdən Həssas əhali qruplarından olan şəxsləri Heydər Əliyev Fondu tərəfindən maliyyələşəcək.

İlk qrupa sənədlərin qəbulu sentyabrın 9-dan 16-dək aparılacaq. Digər qruplara sənəd qəbulu isə sentyabrın 16-dan oktyabr ayının 14-dək davam edəcək.

Qeyd edək ki, Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq
şansı əldə edirlər. Sertifikat proqramında iştirak etmək istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin surəti (olduğu halda);
- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 209
Tel.: (012) 492-68-19

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

İqtisad Universiteti sertifikata layiq görülüb

12-10-2015

UNEC elektron imza ilə sənəd dövriyyəsinə başlayıb

01-08-2023

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015

UNEC evlərdən distant təhsilə başlayır

04-04-2020

Elektron qeydiyyatın vaxtı uzadılıb

25-09-2018

UNEC onlayn idarəetməyə keçdi

01-04-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

UNEC-in müəllim və tələbələri danışıq startapı yaradıblar

30-06-2020

İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb

24-04-2026

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır

03-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə