Previous Next
Bağla

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020 13:35
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir
Azərbaycan Dövlət İqtisad Universiteti 2019/2020-ci tədris ilinin yaz semestrində bir neçə fənlərin distant formada tədris olunacağını élan edib. Artıq bu Universitetdə 1-ci kursda əyani təhsil alan tələbələr könüllülük prinsipi əsasında distant formada təhsilə cəlb olunublar. Bu yeniliyi əsas tutaraq “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz  ölkədə distant təhsilin mövcud durumunu şərh edib. 
 
Xeberler.az bildirir ki, “Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir” deyən O.Gündüz qeyd edib ki, bəzi aparıcı universitetlərimizin artıq qanunvericiliyin, konservativ təhisil sistemimizin nə zaman dəyişəcəyini gözləmək niyyətində olmadığı görünür: 
“Doğru da edirlər. Distant təhsilin təşkili üçün UNEC-də (ADİU) modern bir Mərkəz qurulub. Ciddi, nəhəng işlər görülüb. Müəllimlərə təlimlər keçirilib. Xatırlayıram ki, UNEC Distant Mərkəzin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdi. Diqqətlə müşahidə etdikdə görmək olar ki, Universitet bu işlərə böyük pullar yatırıb. Hesablamalar göstərir ki, adicə bir ixtisası distant formaya keçirmək üçün yüz minlərlə investisiya tələb olunur.
 
Universitet yatırdığı bu investisiyaları necə doğrultmalıdır? Gözləməlidirmi ki, qanunvericilik dəyişilsin, bu təhsil forması üçün lisenziyalar verilsin?
Universitetlər bu formada təhsil alan tələbələr üçün yekunda diplom verə biləcəklərmi?
 
Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə, DİM-ə müraciət edirəm, distant formada təhsilin təşkilinə hazır olan, bu sahəyə böyük vəsaitlər yatıran universitetlər nə etməlidir, Sizi nə qədər gözləməlidirlər?”.
O.Gündüzün fikrincə, distant təhsil məsələsində Azərbaycan çox gecikir: 
 
- Davosdakı son müzakirələr həm də məhz bu problemlərlə bağlı idi. Dördüncü sənaye inqilabının, rəqəmsal transformasiyanın çağırışları bu tip problemlərin həllini tələb edir. İnsanlar iş yerlərindən ayrılmadan, məsafədən asılı olmayaraq, daha asan, effektiv yollarla təhsil almaq istəyirlər.
Bu məsələnin həlli üçün ilk növbədə Nazirlər Kabineti distant formada təhsilin təşkili Qaydalarını təsdiq etməlidir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi distant təhsilin təşkili üçün zəruri olan hüquqi sənədləri qaydaya salmalıdır. 
Təhsil Nazirliyi distant formada təhsilin təşkilinə hazır olan universitetlərə baxış keçirməli və qabaqcadan bəlli olan şərtlərə cavab verən ali məktəblərə distant təhsil üçün lisenziyalar verməlidir. DİM distant təhsil forması üzrə lisenziyası olan universitetlər üçün bu təhsil forması üzrə də qəbul planını açıqlamalıdır. 
Alternativ variant o ola bilər ki, hökumət universitetlərə müstəqillik versin və onlar bu problemi özləri həll etsinlər.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
UNEC distant təhsilə hazırlaşır

UNEC distant təhsilə hazırlaşır

23-01-2024
UNEC-də bütün dərslər distant keçiriləcək

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020
Distant təhsil forması rəsmiləşəcəkmi ?

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024
Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013
UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020
UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020
UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019
Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

17-01-2022
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021
Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020
Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə