Previous Next
Bağla

UNEC evlərdən distant təhsilə başlayır

04-04-2020 15:27
UNEC evlərdən distant təhsilə başlayır

6 apreldən başlayaraq UNEC-də distant təhsilin evlərdən təşkilinə son hazırlıq vəziyyəti müzakirə olunub.

Xeberler.az bildirir ki, UNEC-in rektoru, professor Ədalət Muradov, dekanlar və müvafiq struktur bölmə rəhbələrinin iştirakı ilə keçirilən iclasa millət vəkili, UNEC-in İctimai Nəzarət Şurasıın koordinatoru Etibar Əliyev də qatılıb.

İclasda UNEC-də distant tədrisin evdən təşkili ilə bağlı virtual auditoriyaların yaradıldığı, bunun üçün əlavə olaraq 215 yeni lisenziyanın alındığı, tədris materiallarının demək olar ki, 100 faiz müəllimlərin şəxsi kabinetlərinə və dərs cədvəllərinin isə müəllim və tələbələrin şəxsi kabinetlərinə yükləndiyi, müəllimlər üçün virtual təlimlərin tamamlandığı, Distant təhsilin idarəedilməsi üzrə virtual mərkəziin formalaşdığı və bütövlükdə aprel ayının 6-dan başlayaraq, bakalavr və magistrər üçün bütün dərslərin evdən davam etdirilməsi üçün hazırlıq işlərinin tamamlandığı qeyd edildi.

Müzakirələrdə tələbələrin sərbəst işlərinin yazılması məsələsinə toxunulub. Bildirilib ki, aprel ayının sonuna kimi sərbəst işlərin yazılması müvəqqəti olaraq dayandılsın. Tələbələrin biliyinin qiymətləndirilməsi isə mövcud şərait nəzərə alınaraq təşkil olunacaq. “Coursera for Campus” və ACCA sertifikatlarını əldə edən tələbələrin də müfaviq fənlər üzrə biliyinin qiymətləndirilməsi ilə bağlı qaydalar ən qısa vaxtda tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

Qiyabi təhsil alan yuxarı kurs tələbələrinin kəsr imtahanlarının distant təşkil olunacağı qeyd edilərək, Yay Məktəbinin də distant formada keçirilməsinə hazır olmaq və eləcə də operativliyin təmin olunması məqsədilə dekanlıqların onlayn işinin təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

Web of Science və ya Scopusda indeksləşmiş mənbədə tək müəllifliyilə məqaləsi və ya konfrans tezisi çap olunan UNEC bakalavrları Yekun Dövlət Attestasiyasından azad olunacaq. Həmçinin UNEC magistrinin tək müəllifliyilə, dissertasiya mövzusuna uyğun mövzuda və impaktı 0.5-dən az olmayan Web of Science və ya Scopusda indeksləşmiş mənbədə çap olunan məqaləsi magistr dissertasiyasının müdafiəsi kimi
qəbul ediləcək.

İclasa qatılan millət vəkili Etibar Əliyev UNEC-in mövcud durumda operativliyini yüksək qiymətləndirərək, görülən işlərin təhsilin fasiləsizliyinin təmin olunmasına xidmət etdiyini deyib: “Online keçirilən iclasa UNEC İctimai Şurasının koordinatoru
kimi qoşuldum. Yaranmış vəziyyətlə əlaqədar ali məktəb üçün əhəmiyyət daşıyan adminstrativ heyətin işinin təşkili və gələcək perspektivlərlə bağlı məsələlərin geniş müzakirəsi keçirildi. İclasda müzakirə olunan məsələlər sırasında 215 virtual auditoriyaya lisenziyanın alınması, müəllimlərin distant təhsilə qoşulmalarında onların texniki imkanlarının vəziyyətinin öyrənilməsi ilə bağlı sorğuların keçirilməsi, evlərdən təhsilin qurulması, imtahanların keçirilmə qaydaları, elektron kitabxananın zənginləşdirilməsi, müəllimlərə təlimlərin təşkili, distant təhsilin keyfiyyətinin yaxşılaşdırılması yolları diqqətimi çəkdi. Artıq bir neçə ildir ki, UNEC distant təhsilin tətbiqi istiqamətində sistemli işlər aparılır və UNEC İctimai Şurasının koordinatoru kimi qeyd etmək istəyirəm ki, bu işin çətinliyinə baxmayaraq, UNEC artıq nümunə göstərə bilir. Düşünürəm ki, yaxın gələcəkdə distant təhsil ənənəvi təhsili tamamlamaqla, həm də zənginləşdirməklə ölkəmizdə insan kapitalının inkişafına öz töhfəsini verəcək.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

UNEC-də virtual dekanlıq yaradılıb

04-11-2020

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020

“EduHack” hakatonu başa çatıb

03-08-2020

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

UNEC-də elmi fəaliyyət və kitabxana işi onlayn şəkildə davam etdirilir

10-04-2020

UNEC onlayn idarəetməyə keçdi

01-04-2020

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021

UNEC-də Rəqəmsallaşdırma üzrə prorektor vəzifəsi təsis olunub

17-06-2021

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

24-09-2024

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə