Previous Next
Bağla

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019 13:19
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Uzun müddətdir ölkədə distant təhsilə başlanılması ilə bağlı müzakirələr aparılır. Bundan bir müddət öncə Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə bəzi addımlar atılıb. Beynəlxalq təcrübənin öyrənilməsi və yerli qanunvericilik də nəzərə alınmaqla hüquqi bazanın hazırlanması üçün konkret addımlar atılıb.

Bir neçə gün öncə isə UNEC özünün distant təhsil formasına hazır olduğunu əyani olaraq nümayiş etdirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da UNEC-də olub və distant formada təşkil olunacaq Çin dili kursları ilə tanış olub.

Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Nədənsə ötən müddət ərzində Təhsil Nazirliyi distant təhsilin tətbiqinə ciddi diqqət yetirməyib. Gizli deyil ki, bu formada təhsil xidmətlərinin təşkilində biznes daha çoxdur. Bəzi Xarici universitetlər bu təhsil formasından milyardlar qazanır. Bunu Amerikada, Oklahoma Universitetində olduğum zaman, Distant Təhsil Mərkəzinin işi ilə tanış olanda da müşahidə etmişdim.

Elə Azərbaycanda da bizim tələbələrimiz hesabına bu təhsil forması ilə milyonlar qazanan xarici universitetlər olub.

Təhsil Nazirliyi hansı risklərdən ehtiyat edir və ya kimlər bu təhsil formasında maraqlı deyil ?

Beləliklə, qanunvericilikdə bu təhsil forması nəzərdə tutulub, güman ki təkmilləşdirilməsinə ehtiyac olacaq hüquqi baza da var və ali təhsil qurumlarının da bəziləri artıq buna hazırdı. Belə olan halda nə üçün Təhsil Nazirliyi buna start vermir, anlaşılmır".

Ekspert Distant Təhsillə bağlı bir sıra təkliflər də irəli sürüb:

"Düşünürəm ki, Təhsil Nazirliyi ləngimədən distant təhsil formasına ilk öncə xarici tələbələr üçün, həmçinin də, təkrar ali təhsil, yenidənhazırlıq və əlillərin təhsili üşün start verməlidir.

Bu məqsədlə Təhsil Nazirliyində Komissiya yaradılmalıdır. Komissiya təhsil müəssiəslərinin buna hazırlığını kompleks yoxlayıb distant təhsil formasına başlamaq üçün lisenziya verməlidir. Əgər Təhsil Nazirliyi bunu etmək istəmirsə onda Universitetlərə bununla bağlı müstəqillik verilməlidir.

Distant təhsil üçün Universitetlərdə Distant Təhsil mərkəzi, sertifikatlaşmış kadrlar və yetrəli elektron tədris vəsaitləri olmalıdır. Əgər imtahan məsafədən təşkil olunacaqsa tələbələrin identifikasiya mexanizmləri hazırlanmalıdır.
Tədris prosesi, idarəetməsi rəqəmsallaşmayan universitetlərə distant təhsilə icazə verilə bilməz".

Ekspertin sözlərinə görə, hazırda həm MDB məkanında, həm də xaricdə xeyli sayda tələbələr var ki, distant formada təhsil almaq istəyirlər. Onlar bunun üçün pul da ödəməyə hazırdırlar. Bu mexanizmlər işə düşsə ölkəmizdə də xeyli sayda gənclərimiz ali təhsilə yiyələnə biləcəklər.

Osman Gündüz bildirib ki, son zamanlar əksər Universitetlərdə rüşvət və korrupsiya yığışdırılıb. Universitetlər təhsilin inkişafı üçün əlavə vəsaitlər tapmalıdırlar. Təhsil haqqını qaldırmaq da əlavə problemlər yaradır.

"Son olaraq, Distant təhsil froması isə universitetlər üçün həm də əlavə imkanlar deməkdir. Ümumiyyətlə, ölkəmizdə bu təhsil formasının tətbiqinin təhsil sahəsinin rəqəmsallaşmasına, ölkədə rəqəmsal transformasiyanın güclənməsinə, informasiya cəmiyyətinin fromalaşmasına ciddi təkan verəcəyinə əminəm.
Düşünürəm ki, Təhsil Nazirliyi tez bir zamanda bu məsələyə diqqət yetirməlidir"- deyə Osman Gündüz bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

Bakıda Distant Təhsil Mərkəzi açılıb

24-05-2012

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə