Previous Next
Bağla

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019 12:18
Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

“Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”.

Xeberler.az bildirir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda səsləndirib.

“Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun”

Professor Ədalət Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: “XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər.

Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər”.

Beləliklə, göründüyü kimi, UNEC rektoru Azərbaycan ali təhsili üçün inqilabi sayıla biləcək mütərəqqi bir dəyişikliyin həyata keçirilməsini təklif edir. Hansı ki, inkişaf etmiş ölkələrdə bu təhsil formalarından artıq xeyli müddətdir istifadə olunur…

Distant təhsilin xarakterik xüsusiyyətləri və əhəmiyyəti

Qeyd edək ki, UNEC rəhbərliyi tərəfindən distant təhsilin vacibliyi dəfələrlə gündəmə gətirilsə də, nədənsə bu istiqamətdə real addımlar ləngiyir. Elə ölkənin elm ictimaiyyəti tərəfindən də distant təhsilə qarşı gözlənilən reaksiyanın şahidi olmadıq. Bunun, əlbəttə, müxtəlif səbəbləri var. Bunlardan biri də, fikrimizcə bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri, ona, əsasən, qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır.

Ancaq distant təhsilin mahiyyəti, reallaşdırılması mexanizmləri ilə tanış olduqda görürsən ki, bunu qiyabi təhsillə müqayisə etmək belə düzgün deyil. Hətta bir çox komponentlərinə görə ali təhsilin distant forması əyani formasından belə yüksək əhəmiyyətə malikdir. Mübaliğəsiz demək olar ki, yaxın gələcəkdə distant təhsil əyani ali təhsilin alternativi kimi çıxış edə bilər.

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də distant təhsilin Azərbaycanda hələ tətbiq edilməməsinin doğru olmadığını bildirir: “Bilirsiniz ki, təhsilin müxtəlif formaları var. Onlardan biri də distant təhsil formasıdır. Təəssüf ki, Azərbaycanda distant təhsil formaları indiyə qədər tətbiq olunmur. Halbuki, distant təhsil həm də fasiləsiz təhsilin alətlərindən biridir. Həm bu baxımdan və həm də ümumiyyətlə nəzərə alsaq ki, Azərbaycanda bütünlükdə ali təhsil alan şəxslərin sayı Cənubi Qafqazda ən azdır, distant təhsilin bir an öncə tətbiqinə başlamaq lazımdır…

Ə. Nuriyevin sözlərinə görə, informasiya kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq, təhsilin müxtəlif formalarının tətbiqi ölkədə ali təhsilin kütləviləşməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə də şərait yaradar:“Odur ki, mən UNEC rektoru, professor Ədalət Muradovun bu istiqamətdə təkliflərini dəstəkləyir və distant təhsilin tətbiqini vacib hesab edirəm. Ümid edirəm ki, müvafiq dövlət strukturları və təhsil ictimaiyyəti də bu ideyanın gerçəkləşməsinə lazımi dəstəyini nümayiş etdirəcəklər”.

Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə tanınmış ekspert Məlahət Mürşüdlü də distant təhsilin tətbiqinin vacib olduğu görüşündədir: “Bizim “Təhsil haqqında” Qanunda da təhsilin distant formasının həyata keçirilməsi var. Artıq Azərbaycan Universitetlərində distant təhsilə imkan verilməsinin vaxtı çatıb. Hətta mən deyərdim ki, bu sahədə biz qonşu ölkələrin universitetlərindən geri qalırıq. Düşünürəm ki, maddi-texniki bazası imkan verən universitetlərə artıq vaxt itirmədən distant təhsil tədbiq etməyə imkan verilməlidir.

Elə UNEC-in özündə distant təhsil üçün çox zəngin maddi-texniki baza, müasir tələblərə cavab verən ayrıca mərkəz, təhsil studiyaları, savadlı müəllim heyəti mövcuddur. Bütün bunlar imkan verir ki, Azərbaycanda ilk olaraq UNEC-də bu təhsil formasından istifadə edilsin. Düşünürəm ki, Təhsil Nazirliyi bu istiqamətdə hərəkətə keçməli, distant təhsil tətbiqi üçün müvafiq mexanizmlər hazırlanaraq qəbul edilməlidir”.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

UNEC evlərdən distant təhsilə başlayır

04-04-2020

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

Elektron məktəb üçün elektron müəllim kursu keçirilir

06-01-2015

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020

Niyə bizim distant təhsil keyfiyyətsizdir? təhsil eksperti

29-08-2020

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə