Previous Next
Bağla

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020 11:58
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru, professor Ədalət Muradov distant ali təhsillə bağlı rəsmi Facebook səhifəsində status paylaşıb.

Rektor statusunda distant ali təhsil üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla, bu istiqamətdə qaydaların və vahid tələblərin hazırlanmasının vacib məqamlarına toxunub.

“DİSTANT ALİ TƏHSİL: 3 ADDIM

1. DİSTANT TƏHSİL ÜZRƏ QAYDALAR. Sirr deyil ki, distant ali təhsilə münasibət birmənalı olmayıb. Onun üstünlüklərini önə çəkənlərlə distant təhsilin zərərli olduğunu sübut etməyə çalışanlar arasında ciddi, hətta demək olar ki, barışmaz müzakirə və mübarizə aparılırdı. Koronavirus 21-ci əsr təhsilinin özəlliklərini qabartmaqla həm də distant təhsili zərurətə çevirdi. İndi distant ali təhsil alternativ təhsil forması kimi gündəliyi zəbt etmiş və distant təhsilə deyil, distant təhsil tətbiq edə bilməyən təhsil müəssisələrinə, yumşaq desək, münasibət müsbət deyil. Ona görə də, distant ali təhsilin postkoronavirus mərhələsi indidən müzakirə edilsə və beynəlxalq təcrübə nəzərə alınmaqla vacib və zəruri olan qaydalar hazırlansa yaxşı olar. Həmin qaydalar distant təhsilə tələbələrin qəbulundan məzun olmasına qədər bütün məsələləri özündə ehtiva etməlidir.

2. DİSTANT TƏHSİLƏ VAHİD TƏLƏBLƏR. Distant ali təhsilin necə olması haqqında
müzakirələrə və vahid yanaşmaya ehtiyac duyulur. Bu da təbiidir. Belə ki, postkoronavirus dövründə ali təhsilin keyfiyyətilə bağlı bu və ya digər problemin məhz təhsilin distant forması ilə "izah ediləcəyi" istisna olunmur. Şübhəsiz ki, ilk növbədə təcrübə azlığı səbəbindən distant ali təhsilin tətbiqilə əlaqədar problemlər və qüsurlar qaçılmazdır. Bu zaman diqqətin distant təhsilin uğursuzluğuna deyil, həmin problemlərin həllinə və qüsurların aradan qaldırılmasına yönəldilməsi daha uyğun görünür. Ona görə də, düşünürük ki, distant ali təhsillə bağlı vahid tələblərin hazırlanması vaxtı yetişmişdir.

3. OFF-LİNE + ON-LİNE. Postkoronavirus dövründə çox ehtimal ki, yenidən dərslərin ənənəvi formaya qaytarılması baş verəcək. Hesab edirik ki, distant ali təhsilin müəyyən müddət ərzində tətbiqindən sonra geriyə qayıtmaq yox, irəliyə addımlar atıla bilər. Bu baxımdan ali təhsilin təşkili zamanı ənənəvi və distant (off-line və on-line) təhsilin sintezi məsələsinin geniş təhlili məqsədəuyğundur. Düşünürük ki, postkoronavirus dövründə dərslərin təşkilinin yeni forması kimi, qarışıq və ya off-line+on-line müsbət addımlardan ola bilər.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
UNEC distant təhsilə hazırlaşır

UNEC distant təhsilə hazırlaşır

23-01-2024
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020
UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020
UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019
UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Distant dərslərin evdən təşkili uğurla nəticələnib

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020
UNEC-də bütün dərslər distant keçiriləcək

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020
Distant təhsil forması rəsmiləşəcəkmi ?

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024
UNEC evlərdən distant təhsilə başlayır

UNEC evlərdən distant təhsilə başlayır

04-04-2020
Yeni tədris ilində dərslər bu formada keçiriləcək

Yeni tədris ilində dərslər bu formada keçiriləcək

27-08-2020
Elektron məktəb üçün elektron müəllim kursu keçirilir

Elektron məktəb üçün elektron müəllim kursu keçirilir

06-01-2015
Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013
Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

31-08-2020
Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə