KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Uşaqlara kiberqayğı” qrant layihəsi həyata keçirilir. Bu məqsədlə tərəflər arasında üçtərəfli müqavilə və Anlaşma Memorandumu imzalanıb.
Xeberler.az məlumat verir ki, layihə sağlamlıq imkanları məhdud və valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik və rəqəmsal bacarıqlar, internetdən istifadə zamanı fərdi məlumatların qorunması barədə maarifləndirmək məqsədi daşıyır.
Bu təşəbbüs, eyni zamanda həssas kateqoriyaya aid uşaqların rəqəmsal mühitdə özlərini daha güvənli hiss etmələrinə və gələcəyə daha hazırlıqlı şəkildə addımlamalarına dəstək göstərməyi hədəfləyir.
Layihə çərçivəsində ilk maarifləndirici təlim iyulun 15-də SOS Uşaq Kəndində təşkil olunub.
Təlim zamanı uşaqlara rəqəmsal bacarıqlar, kibertəhlükəsizliyin əsasları və internetdən istifadə zamanı fərdi məlumatların qorunması mövzularında məlumat verilib. Onlara kompüter və internet resurslarından səmərəli istifadə qaydaları, onlayn mühitdə mövcud olan təhdidlər və onlardan qorunma üsulları, eləcə də sadə kibergigiyena prinsipləri izah olunub. Uşaqların ünvanladıqları suallar cavablandırılıb, interaktiv müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.
Layihə çərçivəsində daha iki uşaq müəssisəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları