“KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqlara kiberqayğı” qrant layihəsi uğurla yekunlaşıb.
Xeberler.az bildirir ki, sonuncu maarifləndirici təlim sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində təşkil olunub. Uşaqlara fərdi məlumatlar və onların mühafizəsi yolları, internet və sosial mediadan təhlükəsiz istifadə üsulları, internetdə qarşılaşa biləcəkləri təhlükələr və kibergigiyena qaydaları, rəqəmsal bacarıqları inkişaf etdirməyin yolları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçılara sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.
“Uşaqlara kiberqayğı” qrant layihəsi çərçivəsində bundan əvvəl SOS Uşaq Kəndi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində təlimlər təşkil olunub. Təlimlərdə 12-17 yaş kateqoriyaları üzrə ümumilikdə 83 uşaq iştirak edib.
Layihə sağlamlıq imkanları məhdud və valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək, onları kibertəhlükəsizlik və rəqəmsal bacarıqlar, internetdən istifadə zamanı fərdi məlumatların qorunması barədə maarifləndirmək məqsədi daşıyır.
Bu təşəbbüs, eyni zamanda həssas kateqoriyaya aid uşaqların rəqəmsal mühitdə özlərini daha güvənli hiss etmələrinə və gələcəyə daha hazırlıqlı şəkildə addımlamalarına dəstək göstərməyi hədəfləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları